May 19, 2020

Rusiya İlon Maskın planından sui-istifadə edə bilər

“Marsı partlatmaq çətin ki, mümkün olsun, amma termonüvə silahının kosmik fəzaya çıxarılması üçün bəhanə göz qabağındadır”.

Kanal8 xəbər verir ki Rusiyanın Federal Kosmik Agentliyinin (Roskosmos) Baş direktoru Dmitri Roqozin hesab edir ki, Vaşinqton “SpaceX” şirkətinin təsisçisi İlon Maskın Marsın terraformasiyası planından bəhanə kimi istifadə edərək nüvə silahını kosmosa çıxarmaq istəyir.

Qeyd edək ki, bir qədər öncə Mask Marsda Yerdəkinə oxşar iqlim yaratmaq üçün planetin səthinə çox sayda nüvə bombasını atmağı təklif edib.

“Marsı partlatmaq çətin ki, mümkün olsun, amma termonüvə silahının kosmik fəzaya çıxarılması üçün bəhanə göz qabağındadır”, – Roqozin Tviter səhifəsində yazıb.

Onun fikrincə, ABŞ “kosmosun militarizasiyasına istiqamət götürüb”.


Digər xəbərlər


Bakı məktəblərində koronavirusla bağlı son durum

Ötən gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində 3 nəfər şagirddə 37 dərəcədən artıq hərarət aşkar olu...

Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmə təkmilləşdirilir — FƏRMAN

Prezident İlham Əliyev «Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında» fərman imzalay...

Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir — XİN

Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir. ...

Bu günə olan statistika bəlli olub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 432 yeni yoluxma faktı qeydə alınıb, 1024 nəfər müalicə olunaraq sağalıb. Nazi...

Nazirlik rəsmisi fermerlərə çağırış edib

“Taxıl biçildikdən sonra fermerlərin həmin əraziləri yandırması halları olur. Bununla bağlı mütəmadi olaraq maariləndirmə işləri aparılır”. Ka...

Güləşçimiz erməni rəqibini məğlub edib

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir. Kanal8 xəbər verir ki, çempionat...

Koroğlu Rəhimov küçəsində nəqliyyatın sıxlığı aradan qaldırılıb

BMT-nin 6-cı Qlobal Yol Təhlükəsizliyi Həftəsini qeyd etdiyimiz bu günlərdə daha bir ünvanda piyada təhlükəsizliyi səviyyəsi artırılıb. Kanal8...

Bəzi ərazilərdən quş əti və yumurtanın gətirilməsi qadağan olunub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq...