May 20, 2020

Rusiya azərbaycanlıları DQR “prezidentinin andiçmə mərasimi”ni şiddətlə pisləyən müraciətlə çıxış ediblər

“Rusiya azərbaycanlıları – Rusiya Federasiyasındakı Azərbaycan ictimai təşkilatlarının rəhbərləri və ölkənin çoxsaylı azərbaycanlı icmasının nümayəndələri – Rusiya Federasiyasının rəhbərliyinə, ölkə hökumətinə və parlamentinə, dövlət strukturlarına, müvafiq nazirlik və qurumlara, habelə beynəlxalq təşkilatların Rusiyadakı nümayəndəliklərinə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarında keçirilmiş qondarma prezident seçkilərini və mayın 21-də Azərbaycanın Dağlıq Qarabağ regionunun Şuşa şəhərində keçirilməsi nəzərdə tutulan Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış separatçı rejim – DQR “prezidentinin andiçmə mərasimi”ni şiddətlə pisləyən müraciətlə çıxış ediblər”.

Kanal8 xəbər verir ki, bu barədə Rusiya azərbaycanlılarının vahid informasiya portalı “AzRu” məlumat yayıb.

Müraciətdə qeyd olunur:

Dünyanı cənginə alan pandemiya şəraitində Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz yaradılan tanınmamış separatçı qurumda qondarma “prezident seçkiləri” keçirilib, mayın 21-də isə Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionunun Şuşa şəhərində “prezidentin andiçmə mərasimi”nin keçirilməsi planlaşdırılır. Sözsüz ki, yuxarıda göstərilənlər təkcə Azərbaycana qarşı yönəlmiş bir təxribat deyil, həm də beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və regional sülh və sabitlik üçün təhdid təşkil edir.

Qarabağ – Azərbaycandır! Artıq bir sıra ölkələr və beynəlxalq təşkilatlar “prezident seçkiləri” adlanan bu şounu qınadılar və bununla da Azərbaycanın ərazi bütövlüyünə, qondarma “Dağlıq Qarabağ Respublikası”nın və keçirilən “seçkilər”in tanınmamasına tam dəstəklərini ifadə etdilər. Dünyanın bir çox ölkələri və Avropa Birliyi, ATƏT, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türkdilli Dövlətlər Şurası, GUAM, Avropa Parlamenti, Türkdilli Ölkələrin Parlament Assambleyası, nüfuzlu mətbuat orqanları, eləcə də bir sıra görkəmli dövlət və ictimai-siyasi xadimlər bu “seçkiləri” məqsədyönlü təxribat, Qafqazda sülh və sabitliyə qarşı yönəlmiş məsuliyyətsiz siyasi addım, münaqişənin sülhlə tənzimlənməsi yolunda ciddi maneə, beynəlxalq hüquq normalarının pozulması, bu “seçkilər”in nəticələrini isə qanunsuz adlandırdılar.

Beləliklə, Ermənistan rəhbərliyi, tanınmamış qurumlar və erməni lobbiləri tərəfindən dəstək alan, işğalçı rejim tərəfindən Azərbaycan ərazisində təşkil olunan və keçirilən, həmçinin dünyanın heç bir dövləti və beynəlxalq qurumu tərəfindən tanınmayan “seçkilər” beynəlxalq hüquqa ziddir.

Eyni zamanda, Ermənistan və Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlarına sağalmaz zərbə vuran bu addım müharibə edən tərəfin əsl niyyətini ortaya qoyur və bu məsələnin həllində maraqlı olmadığını nümayiş etdirir.

Qeyri-qanuni seçilmiş parlament tərəfindən saxtalaşdırılmış seçkilərin keçirilməsi, guya sülh danışıqları aparan Ermənistanın əslində dünya ictimaiyyətini çaşqınlığa saldığını sübut edir. Bu səbəbdən dünya dövlətləri, eləcə də beynəlxalq təşkilatlar Ermənistana daha ciddi təzyiq göstərmək və ona qarşı sanksiyalar tətbiq etmək yolu ilə onu beynəlxalq hüquq normalarına hörmətlə yanaşmağa məcbur etməlidir.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində “prezident seçkiləri” keçirmək və “inaqurasiya mərasimi” təşkil etmək yolverilməzdir.

Biz Rusiyada yaşayan azərbaycanlılar bu addımı dinc sakinlərin qırılması, o cümlədən Xocalı soyqırımının müəllifləri olan separatçı rejim və işğalçı ölkə – Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində cinayətkar fəaliyyətinin davamı kimi qiymətləndirir, bu təxribatçı və cinayətkar fəaliyyəti qətiyyətlə pisləyirik.

Separatçı rejimin qeyri-qanuni “prezidentinin” “inaqurasiya” mərasimi keçirməsinin və Ermənistanın bu cinayət aktına dəstəyinin qarşısını almaq məqsədilə bütün müvafiq instansiyaları və bütünlükdə dünya ictimaiyyətini təcili və təxirəsalınmaz şəkildə bu məsələyə qarışmağa çağırırıq.


Digər xəbərlər


Ərdoğandan beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ

“İllərdir Fələstində, xüsusən də Qüdsdə davam edən və Ramazan ayının son günlərində daha da şiddətlənən hücumlar səbəbiylə bayrama kədərli bir şə...

Rəsmi Bakıdan Ermənistana — Çağırış

“Yerevan administrasiyasına Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər bölgələrindəki sərhəd rejimi həqiqətini qəbul etmələrini tövsiyə ed...

Paşinyan-Lavrov görüşü başlayıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla görüşüb. Bu barədə Rusiya Xarici İşlə...

Türkiyə XİN: Latviya parlamentinin «erməni soyqırımı» ilə bağlı qərarını şiddətlə qınayır və rədd edirik

«Bu gün Latviya parlamenti tərəfindən qəbul edilən və 1915-ci il hadisələrini «soyqırımı» kimi tanıyan qərar tarixin siyasi motivlərlə yenidən ya...

Bayden və Putin Bakıda görüşə bilər

Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Baydenin görüşü Azərbaycanda baş tuta bilər. Bu barədə ABŞ-ın nüfuzlu “Politico” nəşri məlumat...

Hulusi Akardan Liviya səfərində Azərbaycana dəstək

Türkiyə Milli Müdafiə naziri Hulusi Akar rəsmi səfərdə olduğu Liviyada Azərbaycanın Qarabağ zəfərindən danışıb. Bu barədə “Hürriyet” məlumat y...

Bu gün deputatlar 11 məsələ barədə qərar verəcək

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Kanal8-in məlumatına görə, iclasın gündəliyinə aşağıdakı daxildir: «Dini etiqad az...

Hulusi Akar Liviyaya getdi

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Liviyaya səfərə gedib. Onu Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gü...