May 21, 2020

ABŞ COVID-19 ilə mübarizə üçün Rusiyaya 200 respirator hədiyyə edəcək

ABŞ dövlət katibi Mayk Pompeo Tviter-də ABŞ-ın koronavirusa (COVID-19) qarşı mübarizədə etdiyi tibbi yardım barədə yazılı açıqlama verib.

Kanal8 Anadolu xəbər agentliyinə istinadən xəbər verir ki, ABŞ-ın xəstəliklə mübarizədə və ianələr mövzusunda “qlobal lider” olduğunu vurğulayan Pompeo 60 ölkəyə 15 min tənəffüs aparatı göndərməyi planlaşdırdıqlarını açıqlayıb.

Rusiyaya da dəstək verdiklərini qeyd edən dövlət katibi, “ABŞ Rusiya xalqına Amerika istehsalı olan 200 respirator hədiyyə edəcək”,- deyə bildirib.

Qeyd edək ki, ötən ay Rusiya da ABŞ-a “AN-124” tipli hərbi yük təyyarəsi ilə tibbi avadanlıq göndərib.

Kremlin sözçüsü Dmitriy Peskov, ABŞ prezidenti Donald Trampın göndərdiyi dəstəyi “minnətdarlıqla” qəbul etdiyini, lakin ABŞ tərəfinin, avadanlıqların hədiyyə edilmədiyini və müqaviləyə əsasən satın alındığını bildirib.


Digər xəbərlər


Müdafiə Sənayesi Nazirliyində yerdəyişmələr olub

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Bakı Cihazqayırma Zavodu” MMC-nin direktoru Fərhad Cəfərquliyev vəzifəsindən azad edilib. Kanal8 xəbər ve...

Azərbaycanda daha 48 nəfər koronavirusa yoluxdu, ölüm olmayıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 48 yeni yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti ya...

Bakıda “Yüngül cinayətlər” restoranı cərimələndi — TAM SİYAHI

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 421 ictimai iaşə obyektində 746 monitorinq keç...

Türkiyənin tamhüquqlu üzvü olmadığı Aİ-nin güc mərkəzinə çevrilməsi mümkün deyil — Ərdoğan

Türkiyənin tamhüquqlu üzvü olmadığı Avropa İttifaqının (Aİ) güc mərkəzi olmaq hədəfinə çatması mümkün deyil. Kanal8-in məlumatına görə, bunu T...

Azərbaycan və Pakistan HHQ arasında əməkdaşlıq məsələləri müzakirə edilib (FOTO)

İyunun 17-də Azərbaycan Respublikası Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Azərbaycanda səf...

«Buta Airways» Alanya istiqamətində uçuşların sayını artırır

Azərbaycanın «Buta Airways» aşağıbüdcəli aviadaşıyıcısı kurort şəhəri Alanyaya xüsusi uçuşların sayını həftədə beş dəfəyədək artırır. “Buta Ai...

Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır

Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır. Əmək və Əhalinin Sosi...

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. FHN-dən Kanal8-ə daxil olan müraciətdə deyilir: ...