May 21, 2020

Prezident: “Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılır”

“Ağstafa və İmişli rayonlarının icra hakimiyyəti başçıları həbs olunub. Bu barədə ictimaiyyətə məlumat verilib. İndi istintaq gedir və hüquq-mühafizə orqanları hər şeyi müəyyən edəcək. Artıq ictimaiyyət məlumatlandırılıb. Ağstafa və İmişli rayonlarında icra hakimiyyəti başçıları tərəfindən edilmiş bu pozuntular digər rayonlarda da mövcud olub və bir neçə icra hakimiyyəti başçısı artıq istintaqa cəlb edilib. Bu, bir daha onu göstərir ki, Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa, talançılığa qarşı mübarizə sözdə yox, əməldə aparılır və bu mübarizə bundan sonra da aparılacaq. İndi həm yerli, həm də mərkəzi icra orqanlarının fəaliyyəti araşdırılır və yol verilmiş bütün pozuntular üzə çıxacaq”.

Kanal8 xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev mayın 21-də Seymur Orucovu Ağstafa Rayon İcra Hakimiyyətinin, Elçin Rzayevi isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda keçirdiyi qəbulda deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır:

“Bu məsələ ilə bağlı mən öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm ki, Azərbaycanın uğurlu inkişafı, ölkəmizin dayanıqlı inkişafı üçün xoşagəlməz hallara son qoyulmalıdır. Siz də rəhbərlik edəcəyiniz rayonlarda bütün xoşagəlməz hallara qarşı öz işinizlə ciddi mübarizə aparmalısınız. Korrupsiyanın, rüşvətxorluğun, talançılığın kökü kəsilməlidir. Bu sahədə sizin dövlət tərəfindən böyük dəstəyiniz olacaqdır, eyni zamanda, geniş ictimaiyyəti də bu işlərə cəlb edin. Çünki ictimai nəzarət xoşagəlməz hallara qarşı mübarizədə çox önəmli amildir. Mən şadam ki, son müddət ərzində ictimai nəzarət mexanizmləri təkmilləşir. Birinci növbədə siz vəziyyəti təhlil etməlisiniz və insanları narahat edən problemləri həll etməlisiniz. Sizin həll etməyə gücünüz çatmayan məsələlər barədə müvafiq mərkəzi icra orqanlarına məlumat verin ki, bu məsələlər operativ şəkildə öz həllini tapsın”.


Digər xəbərlər


Bakı məktəblərində koronavirusla bağlı son durum

Ötən gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində 3 nəfər şagirddə 37 dərəcədən artıq hərarət aşkar olu...

Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmə təkmilləşdirilir — FƏRMAN

Prezident İlham Əliyev «Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında» fərman imzalay...

Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir — XİN

Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir. ...

Bu günə olan statistika bəlli olub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 432 yeni yoluxma faktı qeydə alınıb, 1024 nəfər müalicə olunaraq sağalıb. Nazi...

Nazirlik rəsmisi fermerlərə çağırış edib

“Taxıl biçildikdən sonra fermerlərin həmin əraziləri yandırması halları olur. Bununla bağlı mütəmadi olaraq maariləndirmə işləri aparılır”. Ka...

Güləşçimiz erməni rəqibini məğlub edib

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir. Kanal8 xəbər verir ki, çempionat...

Koroğlu Rəhimov küçəsində nəqliyyatın sıxlığı aradan qaldırılıb

BMT-nin 6-cı Qlobal Yol Təhlükəsizliyi Həftəsini qeyd etdiyimiz bu günlərdə daha bir ünvanda piyada təhlükəsizliyi səviyyəsi artırılıb. Kanal8...

Bəzi ərazilərdən quş əti və yumurtanın gətirilməsi qadağan olunub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq...