May 22, 2020

“Qüds günü” münasibətilə İran mediası Azərbaycan əleyhinə yazılar yayımlayıb

İran hökumətinin informasiya resurslarında bu ölkədə hakim olan İslam Respublikası siyasi sisteminin qurucusu Ruhullah Xomeyninin yaratdığı “Qüds günü” ilə bağlı Azərbaycan- İsrail əlaqələri əleyhinə silsilə məqalələr dərc edilib.

İlkin olaraq mayın 20-də İran Dövlət Teleradio Şirkətinin Bakı şöbəsi bu günlə bağlı Azərbaycanda özlərinə bağlı olan radikal islamçılarla müsahibə aparıb, onların sosial şəbəkə hesablarında paylaşdıqları İran meyilli yazıları öz hazırladığı süjetə daxil edib. Kanal İran rejiminin burda olan əlaltılarından istifadə edərək hazırladığı həmin materialda Azərbaycan əhalisinin “anti-İsrail təmayüllərə sahib olduğunu”, “İranın dini liderə Əli Xamneyinin düşüncələrini dəstəklədiklərini” təlqin etməyə çalışıb.

İranın yarım- rəsmi “İrna” agentliyi də oxşar üsullardan istifadə etməklə, “Qüds günü” ilə bağlı Azərbaycandan eyni məzmunlu xəbər hazırlayıb.

Bu gün isə İranın xüsusi xidmət orqanlarına bağlı, daim anti-Azərbaycan mövqeyi ilə tanınan “Anac” agentliyi yaydığı məqalədə Azərbaycan ilə İsrail arasında mövcud olan dostluq əlaqələrinə və ölkə Prezidenti İlham Əliyevin bu münasibətlərlə bağlı səsləndirdiyi fikirlərə kölgə salmağa çalışıb. Agentlik həmçinin iddia edib ki, bu münasibətlər o qədər dərindir ki, hətta “İsrailin neftə olan ehtiyacının 65%-ni Azərbaycan təmin edir”.

Agentlik yaydığı geniş məqalədə Azərbaycan hökumətini “sionistləri müdafiə etmək”, bu səbəbdən də “dindarlara qarşı təzyiq göstərməkdə” günahlandıraraq, dövlətə xəyanət, terrorçuluq və digər bu kimi ağır ittihamlarla əlaqəli həbs edilmiş radikal islamçıların “günahsız olduqlarını”, “sırf siyasi fəaliyyətlərinə görə həbs edildiklərini” iddia edib, dövlətimizi həmin şəxslərə görə kəskin tənqid hədəfinə çevirib.

“Anac” sonda bu baxımdan Azərbaycanla Türkiyədə mövcud olan vəziyyəti müqayisə edib, dövlətimizi İran hökumətinin yəhudi və Qərb xalqları ilə düşmənlik üzərində qurulan, xalqlar arasında nifrət ideologiyasını yayan “müqavimət hərakatı” adlı radikal islamçılığa və terrorçuluğa təşviq edən çağırışlarla mübarizə apardığına görə tənqid edib.

Qeyd etmək lazımdır ki, İran hökumətinə bağlı informasiya resursları tez-tez Azərbaycana və xalqımıza qarşı məqalələr dərc edirlər. Özlərini “islam ümmətçiləri” adlandıran həmin agentlikliklərin rəhbərləri daim Fələstin məsələsi və Azərbaycanın İsraillə əlaqələrini qabartsalar da, heç vaxt öz ölkələri İranın torpaqlarımızın 20%-ni işğal edən, Xocalı soyqrımını törədən, təcavüzkar Ermənistan rejiminə dəstək göstərməsinə qarşı bir cümlə belə yazmırlar. Hansı ki, sonuncu dəfə aprel ayında Qarabağda ermənilərin İranın qondarma rejimə göndərdiyi yardımları gətirən onlarla yük maşınının videosunu sosial şəbəkələrdə yayması Azərbaycan dövlətinin və xalqının böyük narazılığı ilə qarşılanmışdı.


Digər xəbərlər


İlham Əliyev və Mehriban Əliyeva Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib

İyunun 18-də Bakıda “Intercontinental” otelinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əli...

Vaksin olunan şəxslərdə immunitetin neçə müddət olacağı məlum deyil — TƏBİB

Vaksin olunan və ya xəstəlik keçirən şəxslərdə immunitetin nə qədər olacağı məlum deyil. Kanal8-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələri...

Laçın və Kəlbəcəri minalayan erməni polkovnik beynəlxalq axtarışa verilib

Laçın və Kəlbəcəri minalayan erməni polkovnik beynəlxalq axtyarışa verilib. Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat xidmətindən...

TƏBİB AstraZeneca vaksininin 60 yaşdan yuxarı şəxslərə vurulmasına aydınlıq gətirib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVAX platformasının dəstəyi ilə istehsal olunan AstraZeneca vaksininin sırf 60 yaş üzəri şəxsl...

Peskov: “Rusiya Qarabağdakı vəziyyətlə bağlı bütün tərəflərlə təmasdadır”

Rusiya Qarabağda vəziyyəti sabitləşdirmək üçün Türkiyə, Ermənistan və Azərbaycanla sıx təmasdadır. TASS-ın məlumatına görə, bu barədə Rusiya F...

Nüvədi kəndinin sakinləri öz tarixi yurdlarına qayıtmaq üçün dünya birliyinə müraciət edib

7 avqust 1991-ci ilə qədər Ermənistanda azərbaycanlıların kompakt yaşadığı sonuncu yaşayış məntəqəsi olan Nüvədi kəndinin sakinləri BMT Baş katib...

Ceyhun Bayramov Antalyada BMT-nin Baş katibinin köməkçisi ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Antalyada BMT-nin Baş katibinin köməkçisi Miroslav Yença ilə görüşüb. Kanal8-in məlumatına görə, görüş Ant...

Azərbaycan XİN Ermənistana çağırış edib

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırıb. Kanal8 L...