May 22, 2020

30 saylı marşrut avtobusu “BakuBus”a verilib

Vətəndaşlara keyfiyyətli, rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi, bu sahədə qanunvericiliyin tələblərinin qorunması istiqamətində tədbirlər davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, “Transkontrol” MMC-nin müvəqqəti istismarında olan 30 nömrəli müntəzəm marşrut xəttinin (“Neftçilər” m/st- Səməd Vurğun bağı) fəaliyyəti nəzarətə götürülüb.

Keçirilən monitorinqlər nəticəsində “Transkontrol” MMC-nin fəaliyyətinin sərnişindaşıma qaydalarına zidd olması, qanunvericiliyin tələblərinin pozulması halları qeydə alınıb. İstehsalat bazasının olmadığından avtobusların reysqabağı texniki yoxlanılması və sürücülərin tibbi müayinəsi həyata keçirilmir. Avtobuslar natəmiz olaraq xəttə buraxılır.

Marşrut xətti ilə bağlı vətəndaşlar tərəfindən də çoxsaylı şikayətlər daxil olub. Təkcə 2019-cu ildə yazılı olaraq və “Alo 141” Çağrı Mərkəzinə sürücülərin davranışı barədə 123, avtobusların istismar vəziyyəti barədə 64 müraciət daxil olub. Müraciətlər əsasında sürücülər barəsində 103 dayanacaqdan kənar, 15 sükan arxasında siqaret çəkmə və 20 hərəkət sxemindən yayınma faktı müəyyən edilərək inzibati cərimələr tətbiq edilib. Dəfələrlə daşıyıcıya yazılı və şifahi olaraq xəbərdar olsa da bu istiqamətdə hər hansı bir tədbir görülməyib.

Xidmətin keyfiyyətinin artırılması məqsədi ilə 30 nömrəli marşrut müsabiqəyə çıxarılaraq xətt üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə həvalə olunub.

23.05.2020-ci il tarixindən 30 nömrəli xətt üzrə sərnişinlərimizə ekoloji baxımdan təmiz, Avro 6 standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik avtobuslarla xidmət göstəriləcək. Bu isə gündəlik 30 minə yaxın sərnişinin daha təhlükəsiz və rahat daşınmasına imkan verəcək. Eyni zamanda bununla nağdsız ödəniş sisteminə inteqrasiya olunan müntəzəm marşrut xətlərinin sayı 34 olacaq.

Əlavə olaraq bildiririk ki, keçirilən müsabiqə əsasında “BakuBus” MMC-yə həvalə edilən marşrut xətləri üzrə dəyişikliklər mərhələli şəkildə icra ediləcək və bu barədə əvvəlcədən məlumat veriləcək.


Digər xəbərlər


TƏBİB: Məqsədə nail olmaq üçün səhiyyə sistemini tam əhatə edən dəyişikliklər həyata keçirilməlidir

«Tibbi sığortanın tətbiqindən sonra xidmət keyfiyyətinin yaxşılaşdırılması və ona vətəndaş əlçatanlığının təmin edilməsi kadrların peşəkarlığı və...

Dmanisidəki insidentə görə 8 nəfər saxlanılıb — RƏSMİ

Diasporla İş üzrə Dövlət Komitəsi Gürcüstanın Dmanisi rayonunda baş verən insidentlə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən Kanal8-ə...

Azərbaycan Ordusu Naxçıvanda təlimlərə başlayıb

2021-ci tədris ilinin döyüş hazırlığı planına uyğun olaraq Naxçıvan Qarnizonunda müxtəlif qoşun növü birləşmə və hissələrinin cəlb edildiyi koman...

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANIB

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 426 yeni yoluxma faktı qeydə alınıb, 515 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti y...

Müdafiə naziri təlimlərin gedişi barədə məruzələri dinləyib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin təlimlərin gedişi...

Gürcüstanın DTX rəisindən Dmanisidəki insidentlə bağlı AÇIQLAMA

«Dmanisidə ötən gün baş vermiş insidentlə bağlı olaraq bir neçə şəxs saxlanılıb». Bunu Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis...

DİN Sumqayıtda polis serjantından rüşvət tələb edilməsi iddialarına cavab verib

Daxili İşlər Nazirliyindən Sumqayıt Şəhər Polis İdarəsində çalışan övladına qarşı qanunsuz intizam tənbeh tədbirləri görülməsi barədə vətəndaşın ...

Bəzi fermerlər dövləti aldatmaq istəyib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) fermerləri əkin bəyanı edərkən diqqətli olmağa və əkin planlarındakı ...