May 23, 2020

“Kənddən Şəhərə” Ramazan yarmarkası keçirilir

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Ramazan bayramı münasibəti ilə paytaxtın 3 fərqli nöqtəsində “Kənddən Şəhərə” Ramazan yarmarkası təşkil olunacaq. 23-24 may tarixlərində baş tutacaq yarmarka Nərimanov, Yasamal və Binəqədi rayonlarını əhatə edəcək.

Qurumdan verilən məlumata görə, “Kənddən Şəhərə” Ramazan yarmarkasının təşkilində əsas məqsəd bayramla əlaqədar paytaxt sakinlərinin kənd təsərrüfatı məhsullarına artan tələbatını yerli və təbii məhsullarla ödəmək, kiçik və orta fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.

“Koronavirus pandemiyası ilə əlaqədar olaraq, “Kənddən Şəhərə” yarmarkalarının fəaliyyətində müvəqqəti fasilə yaranmışdı. Bu səbəbdən Ramazan yarmarkası Nazirlər Kabineti yanında Operativ Qərargahın təsdiqlədiyi karantin normalarına əməl edilməklə təşkil olunacaq. Belə ki, fəaliyyətə başlamazdan əvvəl yarmarkaların keçiriləcəyi ərazilərdə koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiya işləri aparılacaq, yarmarka ərazisinə daxil olan fermerlərin və ziyarətçilərin temperaturları ölçüləcək, fermerlər lazımi qoruyucu tibbi ləvazimatlarla (maska, əlcək, spirt və s.) təmin olunacaqlar”, – məlumatda bildirilir.

“Kənddən şəhərə” Ramazan yarmarkası aşağıdakı ünvanlarda baş tutacaq:

Yasamal rayonu, Hüseyn Cavid pr. ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsi (Space TV-nin yanı)

Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (İnqilab kinoteatrının yanı)

Nərimanov rayonu, Gənclik metro stansiyasının yanı

Qeyd edək ki, “Kənddən Şəhərə” layihəsi çərçivəsində təşkil olunan yarmarkalarda satılan məhsullar bütünlüklə yerli istehsal olub, iştirak etmək üçün əvvəlcədən müraciət edən fermerlər tərəfindən satışa çıxarılır. Yarmarkalarda paytaxt sakinlərinə təqdim olunan məhsulların qiyməti digər satış mərkəzlərindən və bazarlardan münasibliyi ilə fərqlənir, aztəminatlı ailələrin, həmçinin digər paytaxt sakinlərinin büdcəsinə uyğun olur.


Digər xəbərlər


Pensiyalar bu tarixə qədər tam ödəniləcək

İyunun 15-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların ödənişi tam yekunlaşacaq. B...

Bakı, Sumqayıt və Abşeronda yaşayan pensiyaçıların NƏZƏRİNƏ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə...

Azərbaycan neftinin qiyməti 72 dolları keçib

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,68 ABŞ dolları, yaxud 0,95% artıb. Kanal...

Maliyyə Nazirliyindən vergi və gömrük güzəştləri ilə bağlı AÇIQLAMA — VİDEO

Nazirlər Kabinetinin 9 fevral 2020-ci il tarixli qərarı ilə “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlə...

Mərkəzi Bank dollarla bağlı məlumat yayıb

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Kanal8 x...

Dünya bazarında neftin qiyməti

Dünya bazarında neft bahalaşıb. Bu barədə RT məlumat yayıb Belə ki, WTI markalı neftin iyul fyuçersləri 0,59 faiz bahalaşıb və bir barelin ...

Azərbaycanda Vətən Müharibəsi qəhrəmanları “sosial ev” ala biləcəklər

Prezident İlham Əliyevin 4 may 2021-ci il tarixli fərmanı ilə “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən...

Azərbaycan nefti bahalaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb. Kanal8-in məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan ...