May 25, 2020

Aybəniz İsmayılova Almaniyada qondarma rejimi təbliğ edən “nümayəndəlik” haqqında danışıb

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aybəniz İsmayılova Almaniyada qondarma rejimi təbliğ edən “nümayəndəliy”in və “qeyri-hökumət təşkilatı”nın (QHT) fəaliyyətinin qadağan olunması ilə bağlı son günlər mətbuatda yayılan məlumatlara və bununla bağlı qondarma rejimin açıqlamasına münasibət bildirib.

A. İsmayılova Kanal8-ə bildirib ki, həmin “nümayəndəlik” və “QHT” Azərbaycan torpaqlarının işğalı, etnik təmizləmə nəticəsində yaradılmış kriminal rejimi təbliğ etmək və “tanıtmaq” kimi qanunsuz fəaliyyətlə məşğuldur.

Onun sözlərinə görə, bu, QHT konsepsiyasından sui-istifadə edilməsi deməkdir: “Vətəndaş cəmiyyəti adı altında kriminal rejim təbliğ edilə bilməz. Bir müddət bundan əvvəl Almaniyada “erməni mafiyası” adı altında haqqında istintaq hərəkətləri aparılan kriminal qruplaşma ilə “diplomat”, diaspora və QHT adı altında fəaliyyət göstərən erməni mənşəli şəxslərin əlaqələri ortaya çıxmışdı. Sözügedən “QHT” də Almaniya qanunlarını pozaraq erməni mafiyasının pulları hesabına siyasi lobbiçilik fəaliyyəti aparmaq, Almaniyada üçüncü tərəflərin maraqlarına xidmət etmək və “beşinci kalon” funksiyasını yerinə yetirmək, bu ölkədə birmənalı qəbul olunmayan radikal və ifrat siyasi partiyalarla əlaqəyə girmək və onların nümayəndələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərini təşkil etmək kimi qanunsuz əməllərlə məşğuldur”.

A. İsmayılova ABŞ, Rusiya, Fransa, Almaniya kimi ölkələrin hüquq-mühafizə orqanlarını QHT, vətəndaş cəmiyyəti çətiri altında gizlənən və özünü qondarma kriminal rejim nümayəndələri kimi təqdim edən belə təşkilatların fəaliyyətini təftiş etməyə və onların fəaliyyətinə son qoymağa çağırıb: “Azərbaycan ərazilərini işğal edən və yüz minlərlə azərbaycanlını öz doğma yurdlarından didərgin salan Ermənistanın və onun əlaltısı olan kriminal rejimin insan hüquqları və ədalətdən danışması siyasi möhtəkirlik və riyakarlıqdan başqa bir şey deyildir. İnsan hüquqları və ədalətdən danışan tərəf ilk növbədə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının erməni icması ilə sülh şəraitində birgəyaşayış çağırışlarına müsbət cavab verərdi və bu istiqamətdə əməli addımlar atardı. Dünya birliyi heç vaxt işğal və etnik təmizləmənin nəticəsində yaranmış vəziyyəti qəbul edə bilməz. Ermənistan bu sadə həqiqəti nə qədər tez başa düşərsə, biz bir o qədər tez ədalətli və davamlı sülhə yaxınlaşacağıq. ATƏT-in Minsk Qrupunun üzv dövləti və BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Almaniyanı etnik təmizləməyə məruz qalmış azərbaycanlı məcburi köçkünlərin hüquqlarının, Azərbaycanın ərazi bütövlüyünün bərpası və ədalətli sülhün təmin olunması üçün səylərini artırmağa çağırırıq”.


Digər xəbərlər


Avqustun 1-dən iş və xidmət sahələrində COVID-19 pasportu tələb olunacaq

Nazirlər Kabinetinin bugünkü qərarına əsasən iyulun 1-dən etibarən COVİD-19 pasport tələbi tətbiq olunan məkanlarda çalışan işçi heyətin (müvəqqə...

Toya gələnlərdən COVID pasportu tələb olunacaq

50-dən 150-dək şəxsin iştirak etdiyi toy mərasimlərində iştirakçılardan COVID pasportu tələb olunacaq. Kanal8-in məlumatına görə, bu barədə Na...

Toyda iştirak edəcək qonaqların sayı «icaze.e-gov.az” portalına daxil ediləcək

Şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan iş...

Toy mərasimlərinin keçirilməsinə bu qurumlar nəzarət edəcək

İctimai iaşə obyektlərinin monitorinqləri ilə yanaşı, 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində kor...

İlham Əliyev BMT Baş katibinə məktub göndərib

Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Baş katibi Zati-aliləri cənab Antonio Quterreşə məktub göndərib. Məktubda deyilir: «Hö...

SON DƏQİQƏ! Azərbaycanda İyulun 1-dən toy və nişanlara icazə verilib

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin qə...

AQTA 8 xəstəxanada nöqsan aşkarlayıb - Sənədlər Baş Prokurorluğa göndərilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət...

Bakıda 13 erməni terrorçunun məhkəməsi başlayır

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində erməni terror dəstəsinin üzvü olan Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepany...