May 25, 2020

Dünya çempionu narkotik almaq üçün qızıl medalından keçib

Braziliyanın “San Paulu” komandasının sabiq futbolçusu Flavio Donizete 2005-ci ildə klublararası dünya çempionatında qazandığı qızıl medalı satıb.

Kanal8-in xəbərinə görə, bu barədə “Globo Esporte” nəşrinə keçmiş müdafiəçinin özü açıqlama verib. Donizete bu addımı narkotik almaq üçün atdığını bildirıb: “Medalı 7 min Braziliya realına (1 275 ABŞ dolları) satdım. Yalan danışmağın mənası yoxdur. Dəyərini bilsəydim, daha əvvəl satardım”.

Oyunçunun sözlərinə görə, medalı satmağı ona əmisioğlu məsləhət görüb: “Əmimoğlu bu təklifindən bir həftə sonra yazdı ki, müştəri var, 3 min real verməyə razıdır. Bunun nəğd olub-olmadığını soruşdum. O isə pulu nəğd verəcəyini söylədi. Əmioğlu gəldi, pulu da gətirdi. Medalı ona verəndən bir müddət sonra bildim ki, onu 7 min reala satıb. Buna görə hələ də məndən üzr istəyir. Mənim hansı halda olduğumu bilmirdi”.

36 yaşlı veteran futbolçu narkotik vasitəni küçədə qəbul etmədiyini söyləyib: “Gedib alıb evə qayıdırdım. Əvvəlcə bunu yanacaqdoldurma məntəqəsində edirdim. Bir müddətdən sonra isə evdə qəbul etməyə başladım. Artıq aludəçisi idim”.

Keçmiş müdafiəçi medala görə aldığı pulun hamısını kokainə xərclədiyini etiraf edib: “Əvvəlcə 1000 reala aldım. İki günə hamısını istifadə etdim. Ürəyim sancırdı. Nə qədər çox pulum olurdusa, o qədər çox narkotik istəyirdim”.


Digər xəbərlər


Müdafiə Sənayesi Nazirliyində yerdəyişmələr olub

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Bakı Cihazqayırma Zavodu” MMC-nin direktoru Fərhad Cəfərquliyev vəzifəsindən azad edilib. Kanal8 xəbər ve...

Azərbaycanda daha 48 nəfər koronavirusa yoluxdu, ölüm olmayıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 48 yeni yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti ya...

Bakıda “Yüngül cinayətlər” restoranı cərimələndi — TAM SİYAHI

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 421 ictimai iaşə obyektində 746 monitorinq keç...

Türkiyənin tamhüquqlu üzvü olmadığı Aİ-nin güc mərkəzinə çevrilməsi mümkün deyil — Ərdoğan

Türkiyənin tamhüquqlu üzvü olmadığı Avropa İttifaqının (Aİ) güc mərkəzi olmaq hədəfinə çatması mümkün deyil. Kanal8-in məlumatına görə, bunu T...

Azərbaycan və Pakistan HHQ arasında əməkdaşlıq məsələləri müzakirə edilib (FOTO)

İyunun 17-də Azərbaycan Respublikası Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Azərbaycanda səf...

«Buta Airways» Alanya istiqamətində uçuşların sayını artırır

Azərbaycanın «Buta Airways» aşağıbüdcəli aviadaşıyıcısı kurort şəhəri Alanyaya xüsusi uçuşların sayını həftədə beş dəfəyədək artırır. “Buta Ai...

Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır

Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır. Əmək və Əhalinin Sosi...

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. FHN-dən Kanal8-ə daxil olan müraciətdə deyilir: ...