May 25, 2020

XİN: “Paşinyanın nümayiş etdirdiyi təxribatçı fəaliyyəti…”

“Ermənistanda yaşayan yüz minlərlə müsəlman əhalini əzəli torpaqlarından məcburi sürgün edən, Azərbaycanın torpaqlarını işğal edib bu ərazidəki azərbaycanlı əhalini etnik təmizləməyə məruz qoyan, müsəlman mülki əhaliyə qarşı Xocalı qətliamı kimi insanlıq əleyhinə cinayətlər törədən, işğal etdiyi torpaqlardakı İslam dini abidələrini, ibadət yerlərini talan və təhqir edən bir ölkənin rəhbərinin müqəddəs Ramazan bayramı münasibətilə müsəlman ölkələrinin rəhbərlərinə təbrik ünvanlaması təcavüzkar Ermənistanın rəhbərinin İslam dininə qarşı nümayiş etdirdiyi riyakarlığın ən yüksək səviyyəsidir”.

Kanal8 xəbər verir ki, bu sözləri Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan baş nazirinin Ramazan bayramı münasibətilə bəzi müsəlman ölkələrinin rəhbərlərinə təbrik ünvanlamasını şərh edərkən deyib.

“Ermənistan baş naziri həqiqətən də İslam dininə və dəyərlərinə hörmət nümayiş etdirsəydi, ilk növbədə fundamental hüquqları pozulmuş, öz evlərindən didərgin salınmış yüz minlərlə müsəlman azərbaycanlının haqqlarının bərpa olunması istiqamətində addım atardı. Nikol Paşinyanın nümayiş etdirdiyi təxribatçı fəaliyyəti isə onun bu yanaşmadan tam uzaq olduğunu göstərir.

Ermənistan baş nazirinin təbrik ünvanladığı ölkələrin hər il, ardıcıl olaraq İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti barədə qəbul etdiyi qətnamələri işğalçı ölkəyə xatırladırıq. Ermənistan rəhbərliyi İslam dünyası və müsəlman əhalisinə sözdə hörmətini, saxta müraciətləri ilə deyil, elə həmin müsəlman ölkələrin qəbul etdiyi qətnamələrin tələblərini yerinə yetirməklə nümayiş etdirməlidir”, – deyə o bildirib.


Digər xəbərlər


Ərdoğandan beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ

“İllərdir Fələstində, xüsusən də Qüdsdə davam edən və Ramazan ayının son günlərində daha da şiddətlənən hücumlar səbəbiylə bayrama kədərli bir şə...

Rəsmi Bakıdan Ermənistana — Çağırış

“Yerevan administrasiyasına Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər bölgələrindəki sərhəd rejimi həqiqətini qəbul etmələrini tövsiyə ed...

Paşinyan-Lavrov görüşü başlayıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla görüşüb. Bu barədə Rusiya Xarici İşlə...

Türkiyə XİN: Latviya parlamentinin «erməni soyqırımı» ilə bağlı qərarını şiddətlə qınayır və rədd edirik

«Bu gün Latviya parlamenti tərəfindən qəbul edilən və 1915-ci il hadisələrini «soyqırımı» kimi tanıyan qərar tarixin siyasi motivlərlə yenidən ya...

Bayden və Putin Bakıda görüşə bilər

Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Baydenin görüşü Azərbaycanda baş tuta bilər. Bu barədə ABŞ-ın nüfuzlu “Politico” nəşri məlumat...

Hulusi Akardan Liviya səfərində Azərbaycana dəstək

Türkiyə Milli Müdafiə naziri Hulusi Akar rəsmi səfərdə olduğu Liviyada Azərbaycanın Qarabağ zəfərindən danışıb. Bu barədə “Hürriyet” məlumat y...

Bu gün deputatlar 11 məsələ barədə qərar verəcək

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Kanal8-in məlumatına görə, iclasın gündəliyinə aşağıdakı daxildir: «Dini etiqad az...

Hulusi Akar Liviyaya getdi

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Liviyaya səfərə gedib. Onu Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gü...