May 26, 2020

Sumqayıtda dəhşətli qəza — 4 hərbçi həyatını itirdi

Sumqayıtda baş vermiş ağır avtomobil qəzasında 4 hərbçi, 1 mülki vətəndaş həlak olub
Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 4 hərbi qulluqçu və 1 mülki şəxs dünyasını dəyişib.

Kanal8 xəbər verir ki, hərbçilərin ölməsi faktını Müdafiə Nazirliyinin mətbuat xidməti də təsdiqləyib.

Hadisə nəticəsində iki nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağır, digərinin vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Ölənlər “Saipa” markalı avtomobilin sürücüsü və sərnişinləridir. Onların avtomobildə sıxışıb qalan cəsədlərini çıxarmaq üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb edilib.

Hələlik qəzada ölənlərdən yalnız 1 nəfərinin şəxsiyyətini müəyyənləşdirmək mümkün olub. O, 1956-cı il təvəllüdlü Yusubov Mənaf Nüsubət oğludur. Xəsarət alanlar isə 1984-cü il təvəllüdlü Əliyev Ramil Gülhəsən oğlu və 1991-ci il təvəllüdlü Musazadə Azər Mürvət oğludur.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qəza ilə bağlı cinayət işi açılıb.


Digər xəbərlər


TƏBİB: Məqsədə nail olmaq üçün səhiyyə sistemini tam əhatə edən dəyişikliklər həyata keçirilməlidir

«Tibbi sığortanın tətbiqindən sonra xidmət keyfiyyətinin yaxşılaşdırılması və ona vətəndaş əlçatanlığının təmin edilməsi kadrların peşəkarlığı və...

Dmanisidəki insidentə görə 8 nəfər saxlanılıb — RƏSMİ

Diasporla İş üzrə Dövlət Komitəsi Gürcüstanın Dmanisi rayonunda baş verən insidentlə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən Kanal8-ə...

Azərbaycan Ordusu Naxçıvanda təlimlərə başlayıb

2021-ci tədris ilinin döyüş hazırlığı planına uyğun olaraq Naxçıvan Qarnizonunda müxtəlif qoşun növü birləşmə və hissələrinin cəlb edildiyi koman...

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANIB

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 426 yeni yoluxma faktı qeydə alınıb, 515 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti y...

Müdafiə naziri təlimlərin gedişi barədə məruzələri dinləyib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin təlimlərin gedişi...

Gürcüstanın DTX rəisindən Dmanisidəki insidentlə bağlı AÇIQLAMA

«Dmanisidə ötən gün baş vermiş insidentlə bağlı olaraq bir neçə şəxs saxlanılıb». Bunu Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis...

DİN Sumqayıtda polis serjantından rüşvət tələb edilməsi iddialarına cavab verib

Daxili İşlər Nazirliyindən Sumqayıt Şəhər Polis İdarəsində çalışan övladına qarşı qanunsuz intizam tənbeh tədbirləri görülməsi barədə vətəndaşın ...

Bəzi fermerlər dövləti aldatmaq istəyib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) fermerləri əkin bəyanı edərkən diqqətli olmağa və əkin planlarındakı ...