May 27, 2020

“PAŞA Sığorta”dan vətəndaşlara ÇAĞIRIŞ

“PAŞA Sığorta” ASC-yə daxil olan çoxsaylı şikayətlər əsasında şirkətlə əlaqəsi olmayan bir qrup şəxsin dələduzluq halları qeydə alınıb.

Araşdırmalara əsasən müəyyən edilib ki, dələduzlar “PAŞA Sığorta”nın adından zənglər edərək vətəndaşları işə dəvət edir və işə qəbul qarşılığında ödəniş terminalları vasitəsilə müəyyən məbləğdə pul köçürmələri tələb edirlər.

Sözügedən dələduzluğun bir neçə qurbanı qeydə alınıb. Belə ki, iş təklif olunan bəzi insanlar tələb edilən məbləğdə ödəniş həyata keçiriblər.

“PAŞA Sığorta” vətəndaşları bu kimi təkliflərə aldanmamağa çağırır. Bu və bənzəri hallar şirkətin işə qəbul siyasətinə ziddir, bu şəxslərin “PAŞA Sığorta” ilə heç bir əlaqəsi yoxdur. Bu cür hallarla rastlaşdığınız zaman rəsmi olaraq şirkətə şikayətinizi bildirmək üçün şikayətlərin qəbulu üzrə qaynar xətt olan +994 51 225 89 78 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

“PAŞA Sığorta”da mövcud vakansiyalar haqqında ən son məlumatı yalnız https://www.pasha-insurance.az/career/ ünvanından əldə edə bilərsiniz və müvafiq vakansiyalar üzrə müraciət etmək istəyən şəxslər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

“PAŞA Sığorta” 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holdinq” MMC-yə daxil olan şirkət 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “PAŞA Sığorta” kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin məbləği və digər göstəriciləri ilə sığorta bazarının lideri, ən böyük sığorta şirkətlərindən biridir.


Digər xəbərlər


Neftin son qiyməti

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelin...

Pensiyaları aşağı məbləğdə hesablanan 12 mindən çox şəxsə əlavə vəsait ödəniləcək

Dövlət Sosial Müdafiə Fondu ötən illərdə təyin olunmuş pensiyaların məbləğlərinin qanunvericiliyin tələblərinə uyğunluğunun araşdırılmasını davam...

Mərkəzi Bankdan dollarla bağlı AÇIQLAMA

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. Kanal8-in məlumatına görə, 2021-ci ilin mayın 4-də ABŞ doll...

Mayın 8-də pensiyaların ödənişi tam yekunlaşacaq

Mayın 8-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların ödənişi tam yekunlaşacaq. Kan...

“Manatın məzənnəsinə hansısa təzyiq yoxdur” — Elman Rüstəmov

“Valyuta bazarında tarazlıq hökm sürür və tam stabildir”. Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirilən onlayn mətbuat konfransınd...

Neft yenidən ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin iyul müqaviləsinin dəyə...

Aprelin 23-də ünvanlı dövlət sosial yardımlar ödəniləcək

Aprelin 23-də ünvanlı dövlət sosial yardımının ödənilməsi nəzərdə tutulub. Kanal8 xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. ...

Mərkəzi Bank dollarla bağlı məlumat yayıb

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Kanal8 x...