May 29, 2020

İran işğalçı Ermənistan rejimi ilə ticari əlaqələri daha da genişləndirir

İran işğalçı Ermənistan rejimi ilə son günlər iqtisadi əlaqələrini genişləndirmək istiqamətində bir sıra addımlar atıb.

Kanal8 xəbər verir ki, bu sahədə İranın Sənaye, Mədən və Ticarət nazirinin müavini və Ticari İnkişaf Təşkilatının rəhbəri Həmid Zadbumla Ermənistanın İqtisadiyyat nazirinin müavini Avaq Avanesiyan və bu ölkənin Tehrandakı səfiri Artaşes Tumanyan arasında video konfrans formatında danışıqlar baş tutub.

Tərəflər görüşdə ikitərəfli ticari əlaqələrin, habelə gömrük sahəsində və regional məsələlərdə əməkdaşlıqların artırılması ilə yanaşı, İranla Ermənistan arasında sənaye, mədən və ticarət sahələrində xüsusi işçi qrupunun yaradılması və məhsul qarşılığında məhsul mexanizminə əsaslanan barter üsulunun tətbiq edilməsi xüsusunda razılığa gəliblər.

Həmid Zadbum görüşdə qeyd edib ki, ölkəsi 2020-ci ilin sonlarından Avroasiya İqtisadi Birliyi ilə azad ticarət sahəsində müzakirələrə başlayacaq və razılaşma əldə edildiyi təqdirdə, Ermənistan İranın bu birliklə quru yoldan yeganə əlaqəsi olaraq böyük mənfəət əldə edəcək.

İki ölkə rəsmiləri İranla Ermənistan arasında yük maşınlarının hərəkətinin intensivliyi, gələcək həftələrdə keçiriləcək video konfranslara Ermənistanın İqtisadiyyat və İnfrastrukturlar Nazirliklərinin rəsmilərinin də qatılması, iki ölkənin ehtiyac duyduqları əmtəələri barter üsulu ilə bir-birinə satmaları və digər bu kimi məsələləri də müzakirə ediblər.

Digər tərəfdən, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri Suren Papikyan yaxın günlərdə İranla ölkəsi arasında 3-cü elektrik nəqli xəttinin tikintisinin başlayacağını bəyan edib. Onun sözlərinə görə, gələn 2 həftə ərzində xəttin inşası üçün İrandan Ermənistana 6 nəfərdən ibarət mütəxəssislər heyəti gələcək:

“Bu xəttin tikintisinin 2020-ci ilin sonuna qədər tamamlanması planlaşdırılır. Bununla da, İranın Ermənistana qaz ixracatı ölkəmizdən elektrik alışı qarşılığında daha da yüksələcək. Hər iki ölkə bütün sahələrdə, xüsusilə də enerji sektorunda əlaqələrin inkişafı üçün qətiyyətli iradəyə sahibdir və bütün zəruri addımları atır”, – deyə Suren Papikyan əlavə edib.

O, sonda ölkəsinin İranla Avroasiya İqtisadi Birliyi arasında körpü rolu oynamaqdan böyük gəlir əldə edəcəyini vurğulayıb.

Qeyd etmək lazımdır ki, rəsmi Tehran İrəvan üçün nəfəslik rolunu oynayır. Azərbaycan ərazilərini işğalda saxladığı üçün iqtisadi blokadaya salınan Ermənistana və Dağlıq Qarabağda qurulmuş qondarma rejimə İran daim hər cür dəstək göstərir. Hansı ki, bu addım tez-tez rəsmi Bakının narazılığı ilə müşayiət olunur.


Digər xəbərlər


TƏBİB: Məqsədə nail olmaq üçün səhiyyə sistemini tam əhatə edən dəyişikliklər həyata keçirilməlidir

«Tibbi sığortanın tətbiqindən sonra xidmət keyfiyyətinin yaxşılaşdırılması və ona vətəndaş əlçatanlığının təmin edilməsi kadrların peşəkarlığı və...

Dmanisidəki insidentə görə 8 nəfər saxlanılıb — RƏSMİ

Diasporla İş üzrə Dövlət Komitəsi Gürcüstanın Dmanisi rayonunda baş verən insidentlə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən Kanal8-ə...

Azərbaycan Ordusu Naxçıvanda təlimlərə başlayıb

2021-ci tədris ilinin döyüş hazırlığı planına uyğun olaraq Naxçıvan Qarnizonunda müxtəlif qoşun növü birləşmə və hissələrinin cəlb edildiyi koman...

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANIB

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 426 yeni yoluxma faktı qeydə alınıb, 515 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti y...

Müdafiə naziri təlimlərin gedişi barədə məruzələri dinləyib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin təlimlərin gedişi...

Gürcüstanın DTX rəisindən Dmanisidəki insidentlə bağlı AÇIQLAMA

«Dmanisidə ötən gün baş vermiş insidentlə bağlı olaraq bir neçə şəxs saxlanılıb». Bunu Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis...

DİN Sumqayıtda polis serjantından rüşvət tələb edilməsi iddialarına cavab verib

Daxili İşlər Nazirliyindən Sumqayıt Şəhər Polis İdarəsində çalışan övladına qarşı qanunsuz intizam tənbeh tədbirləri görülməsi barədə vətəndaşın ...

Bəzi fermerlər dövləti aldatmaq istəyib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) fermerləri əkin bəyanı edərkən diqqətli olmağa və əkin planlarındakı ...