May 29, 2020

Sosial şəbəkələr istifadəçilərin paylaşdıqları məlumatlara görə məsuliyyət daşıyacaqlar

ABŞ Prezidenti Donald Tramp sosial media platformalarına dair yeni hüquqi tənzimləmələr nəzərdə tutan fərmanı imzalayıb.

Kanal8-in xəbərinə görə, Ağ Evdəki Oval Ofisdə imza mərasimində danışan Tramp fərmanda internet şirkətlərini istifadəçilərinin paylaşdığı məzmunlardan məsuliyyətli etməyən qanunun dəyişdirilməsinin nəzərdə tutulduğunu bildirib. Yəni, sosial media şirkətləri (Facebook, Instagram, Twitter, Youtube və s.) istifadəçilərin paylaşdıqları məlumatlara görə məsuliyyət daşıyacaqlar.

Tramp artıq sosial media platformalarının, istifadəçilərinə tətbiq etdiyi senzuradan və platformalarda edilən paylaşmalardan cavabdeh olmaları lazım olduğunu vurğulayıb.

Tramp “Amerika tarixində, ifadə azadlığının qarşılaşdığı ən böyük təhlükələrdən birini məğlub etmək üçün bu gün buradayıq” ,-deyib.

Fərmanı imzaladığı əsnada Oval Ofisdəki bir jurnalistin “Twitter hesabınızı siləcəksinizmi?” şəklindəki sualına Tramp,”Bu ölkədə daha ədalətli bir mətbuat olsaydı bunu sevə-sevə edərdim, ancaq mətbuat ədalətsiz olduğu üçün mən sosial media üzərindən bir çox insana çıxıram” şəklində cavab verib.

“Əlimdən gəlsə Twitter-i də bağlayardım”

Tviter-in “məlumatı təsdiqlə” variantını “siyasi hərəkət” olaraq dəyərləndirən və sosial media şirkətlərinin “inhisarçılıq” etdiyini iddia edən Tramp, “Twitter, hörmətli bir şirkət olmasa və hüquqi haqqım olsa Twitter-i də bağlayardım. Bu mövzuda vəkillər ilə danışmışıq, hüquqi bir proses icra edəcəyik” deyib.


Digər xəbərlər


Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmə təkmilləşdirilir — FƏRMAN

Prezident İlham Əliyev «Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında» fərman imzalay...

Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir — XİN

Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir. ...

Bu günə olan statistika bəlli olub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 432 yeni yoluxma faktı qeydə alınıb, 1024 nəfər müalicə olunaraq sağalıb. Nazi...

Nazirlik rəsmisi fermerlərə çağırış edib

“Taxıl biçildikdən sonra fermerlərin həmin əraziləri yandırması halları olur. Bununla bağlı mütəmadi olaraq maariləndirmə işləri aparılır”. Ka...

Güləşçimiz erməni rəqibini məğlub edib

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir. Kanal8 xəbər verir ki, çempionat...

Koroğlu Rəhimov küçəsində nəqliyyatın sıxlığı aradan qaldırılıb

BMT-nin 6-cı Qlobal Yol Təhlükəsizliyi Həftəsini qeyd etdiyimiz bu günlərdə daha bir ünvanda piyada təhlükəsizliyi səviyyəsi artırılıb. Kanal8...

Bəzi ərazilərdən quş əti və yumurtanın gətirilməsi qadağan olunub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq...

Azərbaycanlılar BMT qərargahı önündə minalarla bağlı aksiya keçiriblər (FOTO)

Almaniyanın Köln şəhərində fəaliyyət göstərən Alman–Azərbaycan Mədəniyyət Evinin təşəbbüsü ilə BMT-nin Bonn şəhərindəki qərargahı önündə Ermənist...