İyun 1, 2020

DMX ölkədə olma müddəti bitən əcnəbilərə müraciət edib

Dövlət sərhədində giriş-çıxışa tətbiq edilmiş məhdudiyyətin 15 iyun 2020-ci il tarixinədək uzadılması nəzərə alınmaqla, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən mütəmadi olaraq təhlil edilir və təxirəsalınmaz tədbirlər həyata keçirilir.Xidmətdən verilən məlumata görə, Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin diqqətinə çatdırırıq ki, ölkəmizdə olduğu yer üzrə qeydiyyata alınmış, olma müddəti 01 – 15 iyun tarixlərində bitən (və bitəcək) və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş hesab olunur və bu şəxslərin Azərbaycan Respublikasında olma müddətləri 30 – 60 gün müddətinə (ödənilmiş dövlət rüsumunun məbləğindən asılı olaraq) uzadılacaq.

Həmçinin bu qaydada karantin dövründə əcnəbilərin ölkədə olma müddəti mərhələli şəkildə uzadılmışdır.

Bir daha bildiririk ki, bunun üçün həmin şəxslər Xidmətin rəsmi internet səhifəsi

(https://eservice.migration.gov.az/public/payments-search?lang=az) vasitəsilə ödəniş nömrəsini əldə edib, elektron qaydada (Hökumət Ödəniş Portalı, “ASAN ödəniş” sistemi və ya Expresspay terminalları vasitəsi ilə) dövlət rüsumunu ödədikdə (uzadılmış müddətə uyğun olaraq) ölkədə qanuni qala bilərlər.

Müvəqqəti olma müddətinin uzadılması barədə qərarları fiziki olaraq götürmək tələb olunmur. Zərurət olduğu təqdirdə həmin şəxslər Xidmətin rəsmi internet səhifəsi (https://eservice.migration.gov.az/public/application-track) vasitəsilə qərarları əldə edə bilərlər.

Daha ətraflı məlumatı Dövlət Miqrasiya Xidmətinin Facebook, Twitter sosial hesabları və ya fasiləsiz rejimdə işləyən (012) 919 Çağrı Mərkəzindən əldə etməyiniz xahiş olunur.


Digər xəbərlər


Bakı məktəblərində koronavirusla bağlı son durum

Ötən gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində 3 nəfər şagirddə 37 dərəcədən artıq hərarət aşkar olu...

Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmə təkmilləşdirilir — FƏRMAN

Prezident İlham Əliyev «Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında» fərman imzalay...

Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir — XİN

Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir. ...

Bu günə olan statistika bəlli olub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 432 yeni yoluxma faktı qeydə alınıb, 1024 nəfər müalicə olunaraq sağalıb. Nazi...

Nazirlik rəsmisi fermerlərə çağırış edib

“Taxıl biçildikdən sonra fermerlərin həmin əraziləri yandırması halları olur. Bununla bağlı mütəmadi olaraq maariləndirmə işləri aparılır”. Ka...

Güləşçimiz erməni rəqibini məğlub edib

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir. Kanal8 xəbər verir ki, çempionat...

Koroğlu Rəhimov küçəsində nəqliyyatın sıxlığı aradan qaldırılıb

BMT-nin 6-cı Qlobal Yol Təhlükəsizliyi Həftəsini qeyd etdiyimiz bu günlərdə daha bir ünvanda piyada təhlükəsizliyi səviyyəsi artırılıb. Kanal8...

Bəzi ərazilərdən quş əti və yumurtanın gətirilməsi qadağan olunub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq...