İyun 2, 2020

Ekspress marşrut üzrə sərnişindaşımalar bu tarixdən dayandırılır

Xüsusi karantin rejiminin gücləndirilməsi və Bakı Metropoliteninin fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar təşkil olunan 7 ekspress marşrut üzrə sərnişindaşımaları 04.06.2020-ci il tarixindən dayandırılır.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Kanal8-ə verilən məlumata görə, bu xətlər üzrə istismarda olan avtobuslar müsabiqə nəticəsində “BakuBus” MMC-yə həvalə edilən xətlər üzrə sərnişindaşımalara cəlb ediləcək.

Bununla da istismara müddətini başa vuran, texniki baxımdan yarasız avtobusların bir qismi sərnişindaşımalardan kənarlaşdırılacaq.

BNA-dan bildirilib ki, ekspress marşrutların fəaliyyət göstərdiyi ərazilərdə monitorinqlər keçirilərək əhalinin sərnişindaşımaya olan tələbatı təhlil edilib. Müntəzəm marşrutlar üzrə sərnişindaşıma xidməti göstərən avtobus sayının artırılması və Bakı Metropoliteninin 9 May tarixindən etibarən fəaliyyətinin bərpa olunması ilə əlaqədar, ekspress marşrutlara olan tələbatın kəskin (84%-dək) azalması müşahidə edilib.

Həmçinin, Agentliyin tələb və tövsiyələrini əsasən daşıyıcı şirkətlər tərəfindən sərnişin tələbatını qarşılamaq məqsədilə müntəzəm marşrutlar üzrə sərnişindaşıma xidməti göstərən avtobusların sayı artırılıb.

Məlumatda bildirilir ki, xüsusi karantin rejimi günlərində həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə çalışan vətəndaşların daşınmasını təmin etmək məqsədi ilə təşkil edilən 7 sayda ekspress xətlər 2 ay müddətində fəaliyyət göstərib. Bu müddətdə ekspress xətlər üzrə ümumilikdə 1 milyon 500 minə yaxın, metronun fəaliyyətinin məhdudlaşdırıldığı müddətdə isə həm müntəzəm, həm də ekspress xətlər üzrə avtobuslarla 30 milyona yaxın sərnişin daşınıb.


Digər xəbərlər


Bakı məktəblərində koronavirusla bağlı son durum

Ötən gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində 3 nəfər şagirddə 37 dərəcədən artıq hərarət aşkar olu...

Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmə təkmilləşdirilir — FƏRMAN

Prezident İlham Əliyev «Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında» fərman imzalay...

Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir — XİN

Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir. ...

Bu günə olan statistika bəlli olub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 432 yeni yoluxma faktı qeydə alınıb, 1024 nəfər müalicə olunaraq sağalıb. Nazi...

Nazirlik rəsmisi fermerlərə çağırış edib

“Taxıl biçildikdən sonra fermerlərin həmin əraziləri yandırması halları olur. Bununla bağlı mütəmadi olaraq maariləndirmə işləri aparılır”. Ka...

Güləşçimiz erməni rəqibini məğlub edib

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir. Kanal8 xəbər verir ki, çempionat...

Koroğlu Rəhimov küçəsində nəqliyyatın sıxlığı aradan qaldırılıb

BMT-nin 6-cı Qlobal Yol Təhlükəsizliyi Həftəsini qeyd etdiyimiz bu günlərdə daha bir ünvanda piyada təhlükəsizliyi səviyyəsi artırılıb. Kanal8...

Bəzi ərazilərdən quş əti və yumurtanın gətirilməsi qadağan olunub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq...