İyun 2, 2020

Mədəniyyət nazirliyinin qurbanlarından biri – Abşeron “daş yolları” – FOTOLAR

Azərbaycanda dünyanın diqqətini çəkəcək sirli məkanlar çoxdur. Ən ucqar dağ kəndindən Bakının mərkəzi küçəsinə qədər hər yerdə bir sirr özünü saxlayır. Azərbaycanın sirli məkanları barədə qədim tarixçilər çox yazıblar. Hələ də suallara cavab tapılmayan məkanlardan biri də yaşı 5000 il əvvələ gedib çıxan Abşeron “daş yolları”-dır.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, araşdırmaçı-alim Zaur Əliyev Abşeron “daş yolları” ilə bağlı Kanal8-ə bunları deyib:

“Dünyada cəmi iki yerdə belə yol var. Maltada və Azərbaycanda. Bu günə qədər də alimlər niyə bir-birindən uzaq məsafədə yerləşən iki ərazidə eyni və oxşar daş yolların salınması sualına cavab tapa bilmirlər. Bu daş yollar barədə kiçik bir araşdırma aparmaq qərarına gəldim.

Hər bir belə “yol” 5 ilə 50 sm dərinlikdə olan bir neçə xəndəkdən ibarətdir. “Yollar” Hövsan və Türkan kəndləri arasında, Dübəndi, Qala və Suraxanı yaxınlığında yerləşir. Abşeronda daş yollara “araba yolları” deyilsə də, bu yolların araba vasitəsi ilə açılması mümkün deyil: “Bu yollar qayaların üzərində çəkilib. Araba ilə buradan keçsəniz belə yollar açılmaz. Bəzi yerlərdə daş yollarda 2 çızıq, bəzi yerlərdə 3, hətta 5 çızıq keçir. Bəzi yerlərdə daş yolların yarım metrə qədər dərinliyi var.
Azərbaycanda ən qədim məkanlardan olan İçərişəhərdən düz Bakı kəndlərinə və ətraf ərazilərə qədər gizli yollar olmasını yazmışam bir neçə dəfə. Bu gizli yollara getmək üçün dalanlar, döngələr, daş yollar sirli şəkildə bir-birini əvəz edir. İlk dəfə daş yollar barədə 1730-cu ildə Bakıda olmuq akademik Lents danışıb. O, Böyük Zirə adasının (keçmiş Nargin) qayalarını yarıb iz salmış araba yollarını təsvir edib. Onlar suyun içinədək aparırmışlar. Yolun səmtinə görə çox guman ki, bu yollar Şıx kəndi, yaxud Bakı buxtasının ən cənub nöqtəsi olan Şıx dilinə tərəf uzanırmış.

Burada vaxtilə arxeoloji qrupda olan Abbasqulu ağa Bakıxanov yazır:

“… Bakı qəzasında Bilgəh, Zirə, Bibiheybət və başqa kəndlərdə, eləcə də bəzi adalarda dənizə qədər uzanan təkərlərin izlərinin qalıqları qayalarda görünür.” O zaman tədqiqatların və arxeoloji qazıntıların aparılması üçün kifayət qədər müasir avadanlıq və texnika olmadığı üçün Bakıxanov buranı “təkər yolu” kimi qeyd edib. Lakin müasir dövrdə mənbələrin kompüter vasitəsilə tədqiqi zamanı məlum olur ki, bu yollar elə belə formada salınmayıb. “Daş yollar” adlanan izlərin sonrakı tədqiqatı göstərdi ki, onlar paralel deyil və fərqli dərinliklərə malikdirlər. Və bu yolların sayı beş və daha çox saya çata bilər. Onların çoxu suyun altından keçərək dənizə tərəf yönəldilib. Müasir tədqiqatçıların bildirdiyinə görə sahilə çıxan “yollar” ın dəniz səviyyəsinin yüksəlməsinin nəticəsi olmadığıdır. Bəzilərinin iddiasına görə ki, guya burdan dənizin çəkilməsi zamanı suyun altında olan daşlar yonulub. Lakin bu iddia öz elmi cavabını tapa bilmədi. Onların heç biri on və hətta yüzlərlə metr yol dəlmək kimi bir güclü texnikaya sahib ola bilməzdi. Qədim abşeronlular hələ su altında bunu necə edə bilmişdilər? Digər suallar var – dənizin dibində davam edən yollar haradadır? Aralıq və Xəzər dənizlərini hansı sirlər birləşdirir? Bilgəh və Nardaran arasında Ümid qaya adlanan yerdə iki təkərli araba izlərindən salınmış yollar barədə məşhur tədqiqatçı Sara Aşurbəylinin də qeydlərində oxumaq olar. 20-ci əsrin sonunda Hövsan və Türkan, daha sonra Dübəndi, Qala və Suraxanı tərəflərdə belə yolların kəşfini sensasiya hesab etmək olar. Bu yolların əksəriyyəti dənizə tərəf aparır. Abşerondakı daş yolların Aralıq dənizindəki yollarla çox oxşar olmasını mütəxəssislər artıq təsdiqləyiblər. Bu daş yolların dənizin altına qədər gedib hara qədər uzanmasını necə təyin etmək olar?

Bəzi iddialara görə bu yolları başqa planetdən gələnlə salıblar. Qədim Misirda primadiları tikənlər. Qədimdə bura gələn yadplanetlilər burada öz bazalarını tikib və öz texnikaları üçün bu cürə yollar salmağa məcbur olublar. Buradan dənizaltına və ətraf bölgərə rahat səfər etmək üçün yadplanetlilər bu ərazini mərkəz kimi seçiblər.

Biz bu sirləri çözmək və ərazini dünyanın turizm mərkəzinə çevirmək əvəzinə oranın məmurlar tərəfindən dağıdılmasını görə bilərik. Sanki tariximizə və abidələrimiz düşmən kəsiliblər. Bu qədər laqeydlik nəyə lazıdır axı”.


Digər xəbərlər


Heydər Əliyev Fondu Şuşada “Qarabağın mədəni irsi” nəşrini təqdim edib

Heydər Əliyev Fondu “Qarabağın mədəni irsi” adlı nəşrlər toplusu hazırlayıb. Topluya ədəbiyyat, musiqi, memarlıq sahələrini, xalq sənətkarlığını ...

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyi keçiriləcək

Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. 2021-c...

Heydər Əliyev Fondunun dəstəyi ilə Pekində “Nizami Gəncəvi – bütün bəşəriyyətin şairi” adlı tədbir keçirilib (FOTO)

Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki katibliyində “Nizami Gəncəvi – bütün bəşəriyyətin şairi” adlı tədbir keçirilib. “Nizami Gəncəvi İli” ...

Xalq rəssamı Tahir Salahovla vida mərasimi keçirilir

Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vits...

Fuad Poladovun doğum günüdür

Azərbaycanın görkəmli teatr və kino aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və fac...

Bu gün “Avroviziya”nın qalibi seçiləcək

Bu gün “Avroviziya” mahnı müsabiqəsinin böyük finalı baş tutacaq. Kanal8 xəbər verir ki, yarışma Niderlandın Rotterdam şəhərindəki “Ahoy Aren...

Tahir Salahov vəfat edib

Azərbaycanın Xalq rəssamı Tahir Salahov vəfat edib. Kanal8-in məlumatına görə, qızı TASS-a bildirib ki, T. Salahov Almaniyada dünyasını dəyişi...

Bakıda Tofiq Quliyevin abidəsi ucaldılacaq - SƏRƏNCAM

Prezident İlham Əliyev Tofiq Quliyevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Kanal8-in məlumatına görə, sərəncamda deyilir: —...