İyun 2, 2020

Tramp Qeyts və Sorosun hədəfində – “Amerikada, Amerika səfirliyi işə başlayıb”

“Amerikada Amerika səfirliyi işə başlayıb, xəbərimiz yoxdur..? Daha doğrusu Tramp liberal-demokratların hədəfində”.

Bu fikirləri Kanal8-də ABŞ-da baş verən son olaylara münasibət bildirən politoloq Əhəd Məmmədli səsləndirib.

Əhəd Məmmədli ABŞ-da baş verən hadisələri qarşıdan gələn prezident seçkiləri ilə əlaqələndirib:

“ABŞ-da prezident seçkilərinə az vaxt qalıb. Bütün sorğular, praqnozlarda Tramp irəlidədir. Demokratlar Baydenin ətrafında birləşməyə müvəffəq olsalar da, bütün parametrlərdə (xarizma, populyarlıq və s) namizədləri Trampa uduzur. Amerikada illərdir ağdərili polislər zənci vətəndaşlarını öldürür. Ancaq heç vaxt bu məsələ belə ajiotaj doğurmayıb. Bu dəfə elə bil əvvəlcədən hər şey planlaşdırılıb. Polisin vətəndaşı boğub öldürülməsi Hollivud ssenarisi ruhunda çəkilib. Zənci və ətraf polisə yalvarır o isə heç kəsə qulaq asmayaraq, amancızcasına qaradərilini boğur. Qətl süjeti anbaan çəkilir, yayılır və başlandı… Başlandı nə başlandı… “Tramp bunkerdə gizlənir!” Elə bil söhbət ABŞ prezidentindən getmir, hansısa 3 dünya diktatorundan gedir..! Və bütün bunlar prezident seçkilərinə az müddət qalmış, seçki marafonunun favoriti Donald Trampın ölkə daxilində reytinqinin pik nöqtəsi dövründə baş verir. Əsl hədəf nə zəncilərin müdafiəsi, nə polisin cəzalandırılmasıdır. Hədəf Qeyts, Soros kimi dünya dəllallarına meydan oxuyan Donald Trampdır! Necə ki Gəzi olaylarında Hədəf nə ağaclar, nə park, nə ekoloqiya, nə də insan haqları idi. Əsl Hədəf Ərdoğan idi”.

Politoloq bildirib ki, Tramp xalq tərəfindən sevilir:

“Donald Trampın Fələstin, Suriya siyasətini qəti şəkildə bəyənmirəm, ancaq Obama kimi riyakar, ikiüzlü demokratlardansa, Tramp kimi səmimi avtoritar düşüncəli siyasətçiləri xalqlar daha çox bəyənir, sevir.

Bu cür provakativ süjet hamı üçün bir dərs olmalıdır və bu dərsdən bütün hakimiyyətlər nəticə çıxartmalıdırlar”.


Digər xəbərlər


Kreml: Putin Qarabağla bağlı üçtərəfli razılaşmaya alternativ görmür

“Prezident üçtərəfli razılaşmanın həyata keçirilməsinə alternativin olmadığı fikrinin sadiq tərəfdarıdır və hazırda gərginliyi aradan qaldırmaq v...

Ərdoğanla Roma Papası arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Roma Papası Fransisk arasında telefon danışığı olub. Məlumatı “TRTHaber” yayıb. R.T.Ərdoğanla Pap...

Deputatlar Sankt-Peterburqa səfər edəcək

Milli Məclisin (MM) deputatları Emin Hacıyev və Nigar Arpadarai MDB-yə üzv dövlətlərin Parlamentlərarası Gənclər Assambleyasının 16-cı iclasının ...

Hikmət Hacıyev NATO qərargahını ziyarət edəcək

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün N...

ABŞ və Fransa rəsmiləri Qarabağı müzakirə ediblər

ABŞ dövlət katibi Entoni Blinken Fransanın Avropa və xarici işlər naziri Jan İv Lö Drian ilə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib. Bu ba...

Ərdoğandan beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ

“İllərdir Fələstində, xüsusən də Qüdsdə davam edən və Ramazan ayının son günlərində daha da şiddətlənən hücumlar səbəbiylə bayrama kədərli bir şə...

Rəsmi Bakıdan Ermənistana — Çağırış

“Yerevan administrasiyasına Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər bölgələrindəki sərhəd rejimi həqiqətini qəbul etmələrini tövsiyə ed...

Paşinyan-Lavrov görüşü başlayıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla görüşüb. Bu barədə Rusiya Xarici İşlə...