İyun 3, 2020

Beynəlxalq tədbirlər zamanı ictimai nəqliyyatdan istifadəyə üstünlük veriləcək

Azərbaycanda aktiv, passiv, ekoloji və qəzasonrası təhlükəsizliyi yüksək olan nəqliyyat vasitələrindən istifadənin təbliği və təşviqi, şəxsi avtomobillərdən istifadənin azaldılması istiqamətində mütəmadi təbliğat-təşviqat işinin təşkili, həmçinin əhalinin ictimai nəqliyyata etimadının yüksəldilməsi, o cümlədən ictimai nəqliyyat xidmətinin keyfiyyətinin, təhlükəsizliyinin və səmərəliliyinin artırılması üçün davamlı təbliğat-təşviqat işi aparılacaq.

Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər üçün Tədbirlər Planı”nda öz əksini tapıb.

Kütləvi informasiya vasitələrinin imkanlarından istifadə etməklə, əhalinin ictimai nəqliyyata etimadının yüksəldilməsi, bu sahədə xidmətin keyfiyyətinin, təhlükəsizliyinin və səmərəliliyinin artırılması və ölkəmizdə təşkil olunan beynəlxalq əhəmiyyətli tədbirlər zamanı əhalinin ictimai nəqliyyatdan istifadəyə təşviq edilməsi, bu işdə aktiv təbliğatın aparılması nəzərdə tutulub.

Bununla bağlı icraçı qurum qismində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Nəqliyyat Agentliyi (BNA), Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Milli Televiziya və Radio Şurası, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Avtomobil Federasiyası mütəmadi olaraq iş aparacaq. Həmin qurumlar qeyd edilən istiqamətlər üzrə mütəmadi olaraq iş aparacaq.


Digər xəbərlər


Azərbaycan MN: Rusiya sülhməramlılarının Xankəndində təntənəli sıra düzülüşü planlaşdırılır

“10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata uyğun olaraq müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşdirilmiş Rusiya sülhməramlı...

MAXE olmaq istəyənlərə kurslar keçirilir

Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmət etmək istəyən əsgər və kursantlar Silahlı Qüvvələrin Təlim və...

Azərbaycanda 1 həftəlik tətil başlayır

Mayın 9-dan Ramazan bayramı ilə əlaqədar Azərbaycanda tətil başlayır. Tətil mayın 16-dək davam edəcək.Qeyd edək ki, Ramazan bayramı ilə əlaqəd...

Əziz Şuşa, sən azadsan! - Bu 8 May Şuşadayıq

Azərbaycanın qədim şəhəri olan Şuşa 29 ildən sonra ilk dəfədir may ayının 8-ni azad şəkildə qarşılayır. Uzun illər 8 may tarixini Şuşa şəhərinin ...

Yol polisinin bu şöbələri bayram günlərində də işləyəcək

Daxili İşlər Nazirliyi əməkdaşları bayram günlərində gücləndirilmiş iş rejimində xidmət aparacaq, yol polisinin qeydiyyat-imtahan və texniki baxı...

ASF qeyri-sabit hava şəraiti ilə bağlı sahibkarlara müraciət edib

Aqrar Sığorta Fondu (ASF) son günlər ölkədə müşahidə edilən qeyri-sabit hava şəraiti ilə bağlı fermerlərə və kənd təsərrüfatı fəaliyyəti ilə məşğ...

Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçunun nəşi tapılıb

Həyata keçirilən əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçu tapılaraq, şəxsiyyəti müəyyənləşdirilməklə, me...

Bakıda qanunsuz aksiya keçirməyə cəhd edilib

Bu barədə Kanal8-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu gün paytaxtın Nəsimi rayonunda bir qrup şə...