İyun 4, 2020

Onlayn imtahanların keçirilməsi üçün proqram hazırlanıb

Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən onlayn imtahanların keçirilməsi üçün hazırlanan “ProctorDİM” adlı xüsusi proqram təminatını test etmək məqsədilə tədrisi Azərbaycan dilindən fərqli dildə olan 11-ci sinif şagirdlərinin verdiyi Azərbaycan dili (dövlət dili) imtahanının sınaq versiyası hazırlanıb.

DİM-dən verilən məlumata görə, onlayn sınaq imtahanında iştirak etmək istəyənlər Mərkəzin internet saytında “Şəxsi kabinet” açdıqdan (şəxsi kabineti olmayanlar) sonra verilən linkdə (https://eservices.dim.gov.az/elimt/BurSinaq) qeydiyyatdan keçməlidirlər. İmtahanda iştirak ödənişsizdir.

Qeydiyyat 4 iyun saat 11:30-dan 17:00-dək aparılır. İmtahanın iyunun 5-də saat 11:00, 12:00 və 13:00-da olmaqla 3 seansda keçirilməsi nəzərdə tutulur. Hər seansda hələlik 100 istifadəçinin iştirakı planlaşdırılır.

Onlayn sınaq imtahanında iştirak etmək üçün istifadəçi “ProctorDİM” proqramını yükləyib kompüterinə quraşdırmalıdır -(https://otk.az/ProctorDIM/ProctorDIM.zip).

Kompüterdə proqramı istifadə edə bilmək üçün lazımi sistem tələbləri ilə qeydiyyat səhifəsində tanış olmaq mümkündür – (https://eservices.dim.gov.az/elimt/BurSinaq/SystemReqiurements).


Digər xəbərlər


Müdafiə naziri azad olunmuş ərazilərdə yerləşən yeni hərbi hissələrin açılışında iştirak edib — VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən azad olunmuş ərazilərdə dislo...

İlham Əliyev və Mehriban Əliyeva Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində olublar

Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qəbələnin Nic qəsəbəsində...

Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub

Mayın 15-də Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub. Kanal8 xəbər verir ki, Azərbaycan Resp...

Qəbələdə yeni körpü və avtomobil yolu istifadəyə verilib

Qəbələ rayonunda 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abr...

İlham Əliyev və Mehriban Əliyeva Qəbələ rayonuna səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva mayın 15-də Qəbələ rayonuna səfərə gə...

Gəncə Hava Limanı uçuşları bərpa edib

Gəncədə koronavirus pandemiyası səbəbindən fəaliyyətini dayandıran Beynəlxalq Hava Limanının fəaliyyəti bərpa edilib. Aeroportdan ilk reys ötə...

Ötən gecə İsrailə 200-dən çox raket atılıb

Ötən gecə Qəzza zolağından İsrail ərazisinə 200-dən çox raket atılıbBu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, d...

Rusiyadan Qarabağdakı vəziyyətlə bağlı yeni AÇIQLAMA

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin hərbçiləri Ermənistan və Azərbaycan tərəfdən sərhəd xəttində atəşkəsə əməl olunmasını və nəqliyyatı...