İyun 5, 2020

İyunun 6-na OPEC və qeyri-OPEC ölkələrinin görüşü planlanır

Neft hasilatının azaldılması barəsində razılığa gələn ölkələr iyunun 6-da iki görüş keçirməyi planlaşdırırlar.

Kanal8 Rusiya mətbuatına istinadən xəbər verir ki, əvvəlcə OPEC ölkələri, sonra bütün “OPEC+” (Neft İxrac Edən Ölkələr Təşkilatında və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azalması üzrə təşəbbüs) iştirakçı dövlətlərinin görüşləri keçiriləcək.

Görüşün vaxtı hələlik rəsmiləşdirilməməsinə baxmayaraq, şənbə günü görüşlərin keçirilməsi çərçivəsində hazırlıqlara başlanılıb.

Qeyd edək ki, “OPEC+” formatında təmsil olunan OPEC və qeyri-OPEC ölkələri, o cümlədən Azərbaycan aprel ayında hasilatın məhdudlaşdırılması öhdəliklərindən azad olub. “OPEC+” ölkələri nazirlərinin 2020-ci ilin 9 aprel və 12 aprel tarixlərində keçirilən görüşlərinin nəticəsi olaraq qəbul edilmiş və gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ilin yanvar – 2022-ci ilin aprelində isə 5,8 mln. barel azaldılmasını nəzərdə tutan “Əməkdaşlıq Bəyannaməsi”nə Azərbaycan da qoşulub.


Digər xəbərlər


Neftin son qiyməti

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelin...

Pensiyaları aşağı məbləğdə hesablanan 12 mindən çox şəxsə əlavə vəsait ödəniləcək

Dövlət Sosial Müdafiə Fondu ötən illərdə təyin olunmuş pensiyaların məbləğlərinin qanunvericiliyin tələblərinə uyğunluğunun araşdırılmasını davam...

Mərkəzi Bankdan dollarla bağlı AÇIQLAMA

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. Kanal8-in məlumatına görə, 2021-ci ilin mayın 4-də ABŞ doll...

Mayın 8-də pensiyaların ödənişi tam yekunlaşacaq

Mayın 8-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların ödənişi tam yekunlaşacaq. Kan...

“Manatın məzənnəsinə hansısa təzyiq yoxdur” — Elman Rüstəmov

“Valyuta bazarında tarazlıq hökm sürür və tam stabildir”. Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirilən onlayn mətbuat konfransınd...

Neft yenidən ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin iyul müqaviləsinin dəyə...

Aprelin 23-də ünvanlı dövlət sosial yardımlar ödəniləcək

Aprelin 23-də ünvanlı dövlət sosial yardımının ödənilməsi nəzərdə tutulub. Kanal8 xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. ...

Mərkəzi Bank dollarla bağlı məlumat yayıb

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Kanal8 x...