İyun 5, 2020

Mətbuat Şurası həftəsonu qadağalarla bağlı jurnalistlərə müraciət edib

Azərbaycan Mətbuat Şurasının məlumatı

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın 4 iyun 2020-ci il tarixli qərarına görə, iyunun 6-ı saat 00.00-dan 8 iyun saat 06.00-dək Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılacaq (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti sitisna olmaqla). Qeyd olunan tarixdə əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir.

Cəmiyyətin informasiya ilə təminatı son dərəcə mühüm məsələdir. Mövcud istiqamətdə hər hansı ləngimələrin, geriləmələrin olması yolverilməzdir. KİV-lərin və jurnalistlərin sərbəst fəaliyyətinin təmin olunması eyni zamanda ictimaiyyətdə ruh yüksəkliyinin sabit saxlanılması baxımından mühüm əhəmiyyət daşımaqdadır.

2020-ci il 6 iyun saat 00.00-dan 8 iyun saat 06.00-dək fəaliyyətinə icazə verilən sahələr sırasında kütləvi informasiya vasitələri kimi yalnız televiziya və radio kanalları, kabel televiziyaları yer alır.

Nəzərə alınmalıdır ki, Operativ Qərargahın xüsusi karantin rejiminin müəyyən günlərdə sərtləşdirilməsi qərarı COVID-19 virusunun yayılma sürətinin azaldılmasından, onun törədə biləcəyi fəsadların minimuma endirilməsindən irəli gəlib. Buna görə də göstərilən tarixlərdə digər media qurumlarında çalışan jurnalistlərin, habelə blogerlərin və frilanserlərin fəaliyyətlərini onlayn şəkildə – yaşayış yerlərindən və olduqları yerlərdən uzaqlaşmamaq şərtilə həyata keçirmələri, müəyyənləşdirilmiş qaydaya əməl etmələri zəruridir.

Operativ Qərargahın qərarındakı məhdudlaşdırıcı mahiyyət ümumi xarakterli olmaqla, təhlükəli virusdan müdafiədə effektivliyi artırmaq, əhalini qorumaq, mümkün qədər çox insanın evdə qalmasını təmin etmək məqsədi daşıyır. Nəzərə alınmalıdır ki, bir qayda olaraq KİV-lərin əksəriyyəti həftənin şənbə və bazar günləri öz işlərini məhdudlaşdırırlar, bəziləri ümumiyyətlə işləmirlər.

Onu da qeyd etmək lazımdır ki, koronavirus pandemiyası ilə əlaqədar dünyanın bir çox ölkələrində müxtəlif sahələr kimi, mediaya münasibətdə də məhdudiyyətlər tətbiq edilib və edilməkdədir. Ancaq Azərbaycanda fərqli yanaşmanın şahidi olduq. Belə ki, xüsusi karantin rejiminin əvvəlki mərhələlərində bütün növ media orqanlarının, o cümlədən müstəqil jurnalistlərin sərbəst fəaliyyətləri təmin edildi, bu məqsədlə Nazirlər Kabineti yanında Operativ Qərargahla Azərbaycan Mətbuat Şurasının müştərək əməkdaşlığı faydalı oldu, müəyyən anlaşılmazlıqların aradan qaldırılması təmin edildi. Bu istiqamətdəki əməkdaşlıq bundan sonra da davamlı olacaqdır.

Azərbaycan Mətbuat Şurası bir daha ölkə jurnalistlərinə müraciət edərək Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara əməl etməyə, məhdudiyyətləri nəzərə alaraq fəaliyyət göstərməyə çağırır. Əsas olan koronavirus pandemiyası ilə mübarizənin aparılması, vətəndaş mövqeyinin və məsuliyyətinin ortaya qoyulmasıdır. Şura əmindir ki, jurnalistlər bu mərhələdə də nümunəvi davranışları ilə yadda qalacaqlar.


Digər xəbərlər


Müdafiə Sənayesi Nazirliyində yerdəyişmələr olub

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Bakı Cihazqayırma Zavodu” MMC-nin direktoru Fərhad Cəfərquliyev vəzifəsindən azad edilib. Kanal8 xəbər ve...

Azərbaycanda daha 48 nəfər koronavirusa yoluxdu, ölüm olmayıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 48 yeni yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti ya...

Bakıda “Yüngül cinayətlər” restoranı cərimələndi — TAM SİYAHI

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 421 ictimai iaşə obyektində 746 monitorinq keç...

Türkiyənin tamhüquqlu üzvü olmadığı Aİ-nin güc mərkəzinə çevrilməsi mümkün deyil — Ərdoğan

Türkiyənin tamhüquqlu üzvü olmadığı Avropa İttifaqının (Aİ) güc mərkəzi olmaq hədəfinə çatması mümkün deyil. Kanal8-in məlumatına görə, bunu T...

Azərbaycan və Pakistan HHQ arasında əməkdaşlıq məsələləri müzakirə edilib (FOTO)

İyunun 17-də Azərbaycan Respublikası Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Azərbaycanda səf...

«Buta Airways» Alanya istiqamətində uçuşların sayını artırır

Azərbaycanın «Buta Airways» aşağıbüdcəli aviadaşıyıcısı kurort şəhəri Alanyaya xüsusi uçuşların sayını həftədə beş dəfəyədək artırır. “Buta Ai...

Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır

Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır. Əmək və Əhalinin Sosi...

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. FHN-dən Kanal8-ə daxil olan müraciətdə deyilir: ...