İyun 5, 2020

Qərbi Azərbaycan (İrəvan) Respublikası təşkilatlanır

Kanal8 xəbər verir ki, iyunun 3-də Sədarətinin Qafar Çaxmaqlının sədrliyi ilə növbəti videokonfransı olub. Ötən könfransda qəbul edilən qərarların icrası barədə məlumat verilmişdir. Millət Şurası nəzdində fəaliyyətə başlayacaq Katibliyin əsasnaməsi və fəaliyyət mexanizminin hazırlanması və gələcək konfransda müzakirə edilməsi qərar alınıb. Millət Şurasının nəzdində yaradılmış Qərbi Azərbaycan Tarixinin Araşdırılması Mərkəzinin rəhbər Ramazan Hüseynli təsdiq edilmiş və görüləcək işlər barədə onun mülahizələri dinlənilib.

Qərbi Azərbaycanın Zəngəzur bölgəsinin Ermənistana verilməsi ilə bağlı geniş bir konfransın keçirilməsi üçün işçi qrup seçilib.

Təşkilati məsələlərə baxılıb. Nigar Ögeday QA(İ)R Millət Şurası sədrinin müavini, İradə Rzazadənin QA(İ)R Qadınlar Şurasının sədri təsdiq edilib. Mürvət Yusifovun MŞ sədrinin müavini seçilməsi ilə bağlı Nigar Ögedayın təklifinə baxılmış və M. Yusifov sədr müavini seçilib. Aslan Azadəliyevin sədri olduğu 11 nəfərdən ibarət nəzarət, təftiş və daxili etik davranış komissiyası da təsdiq edilib.

Millət Şurasının tərkibində digər komissiyaların yaradılması ilə bağlı fikir mübadiləsi edilib. Beynəlxalq əlaqələr və xarici siyasət, Dovlət quruculugu və hüquq işləri, İdeologiya və siyasət, Parlament seşkilərinə hazırlıq, Qərbi Azərbaycan (İrəvan) Respublikasının dövlət atributlarının hazırlanması, Qaçqınların siyahıya alınması və təşkilatlanma, İctimaiyyətlə əlaqələr, Xarici əlaqələr və diaspora ilə iş, Sayt, TV, təbliğat və təşviqat məsələləri, Türk dövlətləri və topluluqları ilə iş, Mətbuat, informasıya və sosial media ilə əlaqələr komissiyalarının yaradılması ilə bağlı verilən təkliflərin növbət konfransda müzakirə edilməsi qərarlaşdırılıb.


Digər xəbərlər


Bakı məktəblərində koronavirusla bağlı son durum

Ötən gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində 3 nəfər şagirddə 37 dərəcədən artıq hərarət aşkar olu...

Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmə təkmilləşdirilir — FƏRMAN

Prezident İlham Əliyev «Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında» fərman imzalay...

Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir — XİN

Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir. ...

Bu günə olan statistika bəlli olub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 432 yeni yoluxma faktı qeydə alınıb, 1024 nəfər müalicə olunaraq sağalıb. Nazi...

Nazirlik rəsmisi fermerlərə çağırış edib

“Taxıl biçildikdən sonra fermerlərin həmin əraziləri yandırması halları olur. Bununla bağlı mütəmadi olaraq maariləndirmə işləri aparılır”. Ka...

Güləşçimiz erməni rəqibini məğlub edib

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir. Kanal8 xəbər verir ki, çempionat...

Koroğlu Rəhimov küçəsində nəqliyyatın sıxlığı aradan qaldırılıb

BMT-nin 6-cı Qlobal Yol Təhlükəsizliyi Həftəsini qeyd etdiyimiz bu günlərdə daha bir ünvanda piyada təhlükəsizliyi səviyyəsi artırılıb. Kanal8...

Bəzi ərazilərdən quş əti və yumurtanın gətirilməsi qadağan olunub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq...