İyun 8, 2020

Qanunsuz balıq ovu – Buna şəraiti kimlər yaradır? – VİDEO

Hər nə qədər də dövlət qurumları qanunsuz balıq ovuna qarşı mübarizə apardıqlarını iddia etsələr də, bunun əksini sübut edən çoxlu sayda faktlar var.

Xəzər dənizində qanunsuz balıq ovunun olması heç kimə sirr deyil. Xüsusən, Pirşağı tərəfdə qanunsuz balıq ovu üst səviyyəyə gəlib çatıb. Həvəskar balıqçıların Kanal8-ə veridiyi məlumata görə, Pirşağı tərəfə hər gün 100-dən çox tor atılır. Xüsusən balıqların çoxalma dövrdür. May, iyun, iyul, avqust aylarında balıq ovu bir növ balıqlara qarşı soyqırımdır. Ancaq videolardan da görəcəksiniz ki, qanunsuz balıq ovçuları dayanmırlar.

Xəzər dənizindən əlavə, Dəvəçi rayonunun Hacıqaraqaşlı kəndində çayın içinə torların qurulması ilə bağlı informasiya daxil olub. Maraqlıdır ki, əlaqədar qurumlar bu məsələyə göz yumurlar.

Əldə etdiyimiz 16.05.2020-ci il tarixli video görüntülərə görə, Xaçmaz rayonun Niyazabad kəndinin Xəzər sahilində 10 metrdən bir tor qurulub. Hansısa çayda, gözdən kənar yerdə qanunsuz balıq ovuna qarşı mübarizə çətin ola bilər. Ancaq Xəzərin sahilində bu hal başqa məsələlərdən xəbər verir. Yeri gəlmişkən, bu ərazinin Sahil Mühafizə xidmət rəisini həbs ediblər.

Qanunsuz balıq ovunun vəhşicəsinə tüğyan elədiyi yerlərdən biri isə Şəmkir su anbarıdır. Şəmkir su anbarında qanunsuz balıq ovu nəinki torlarla, suya elektirik cərəyanı verməklə aparılır. Mühafizə olunan bir əraziyə qayığın keçməsi və suya elektirik cərəyanı verilməsi hər halda gözlə görülməyəcək bir məsələ deyil.

Məlumata görə, balıq ovçuları lazım olan qurumlara və şəxslərə pul verərək bu addımı atırlar.

Əldə etdiyimiz məlumata görə, Azərbaycan Balıqçılar İttifaqının üzvləri baş verən qanunsuzluqlara görə etiraz aksiyası keçirməyi də düşünürlər.

Mövzunu diqqətimizdə saxlayacağıq…


Digər xəbərlər


TƏBİB: Məqsədə nail olmaq üçün səhiyyə sistemini tam əhatə edən dəyişikliklər həyata keçirilməlidir

«Tibbi sığortanın tətbiqindən sonra xidmət keyfiyyətinin yaxşılaşdırılması və ona vətəndaş əlçatanlığının təmin edilməsi kadrların peşəkarlığı və...

Dmanisidəki insidentə görə 8 nəfər saxlanılıb — RƏSMİ

Diasporla İş üzrə Dövlət Komitəsi Gürcüstanın Dmanisi rayonunda baş verən insidentlə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən Kanal8-ə...

Azərbaycan Ordusu Naxçıvanda təlimlərə başlayıb

2021-ci tədris ilinin döyüş hazırlığı planına uyğun olaraq Naxçıvan Qarnizonunda müxtəlif qoşun növü birləşmə və hissələrinin cəlb edildiyi koman...

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANIB

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 426 yeni yoluxma faktı qeydə alınıb, 515 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti y...

Müdafiə naziri təlimlərin gedişi barədə məruzələri dinləyib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin təlimlərin gedişi...

Gürcüstanın DTX rəisindən Dmanisidəki insidentlə bağlı AÇIQLAMA

«Dmanisidə ötən gün baş vermiş insidentlə bağlı olaraq bir neçə şəxs saxlanılıb». Bunu Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis...

DİN Sumqayıtda polis serjantından rüşvət tələb edilməsi iddialarına cavab verib

Daxili İşlər Nazirliyindən Sumqayıt Şəhər Polis İdarəsində çalışan övladına qarşı qanunsuz intizam tənbeh tədbirləri görülməsi barədə vətəndaşın ...

Bəzi fermerlər dövləti aldatmaq istəyib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) fermerləri əkin bəyanı edərkən diqqətli olmağa və əkin planlarındakı ...