İyun 8, 2020

Xarici İşlər Nazirliyi Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib

“Öncə vurğulamaq istərdim ki, XİN-in rəsmi nümayəndəsi olaraq, şəxsi məsələləri şərh etmirəm və bu barədə əvvəl də bildirmişdim. Lakin son günlərdə Xarici İşlər Nazirliyinə qarşı bilərəkdən yalan və böhtan kampaniyasının aparıldığını müşahidə edirik.

Bu qarayaxma kampaniyasının araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə tərəfimizdən Dövlət Təhlükəsizliyi Xidmətinə rəsmi müraciət edilib”.

Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

“Vətəndaşın şərəf və ləyaqəti ölkəmizdə Konstitusiya və digər qanunvericilik aktları ilə qorunur. Heç bir halda ifadə azadlığı vətəndaşın şərəf və ləyaqətini ləkələmək hüququ vermir.

Şəxsi həyata müdaxilə edərək, təhqir və böhtan xarakterli məlumatları yayanlar məsuliyyətə cəlb olunmalıdırlar.

Xarici İşlər Nazirliyinin həyata keçirdiyi vəzifələr strateji əhəmiyyətlidir və bilərəkdən bu mühüm dövlət orqanı barədə yalan və qərəzli məlumatların dövriyyəyə buraxılması dövlətin milli maraqlarını ciddi təhdid etməklə yanaşı, müstəqil respublikamızın beynəlxalq nüfuzuna da xələl gətirir.

Bu səbəblərdən qarayaxma kampaniyasının araşdırılmasını və Azərbaycan qanunvericiliynə uyğun olaraq müvafiq tədbirlərin görülməsini zəruri hesab edirik”, – o vurğulayıb.


Digər xəbərlər


İlham Əliyev və Mehriban Əliyeva Uels -İsveçrə oyununa baxıblar

İyunun 12-də tarixdə ilk dəfə Azərbaycanda futbol üzrə Avropa çempionatının final mərhələsinin ilk oyunu keçirilib. Kanal8 xəbər verir ki, Azə...

Azərbaycanda saxlanılan 15 erməni ölkəsinə təhvil verilib

Əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xər...

İlham Əliyev on ölkənin Azərbaycanda yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edib (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Qvatemala Respublikasının, İrlandiyanın, Albaniya Respublikasının, Norveç Krallığ...

İlham Əliyev İtaliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də İtaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli sə...

DİN azarkeşlərə müraciət edib

Daxili İşlər Nazirliyi (DİN) bu gün futbol üzrə Avropa çempionatının Bakıdakı ilk oyunun keçirilməsi ilə bağlı azarkeşlərə müraciət edib. Kana...

Bazar günü 34 dərəcəyədək isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Milli Hidrometeo...

Nazirlik 1 448 müəllimlə bağlı QƏRAR VERİB

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində uğur qazanan namizədlərin sənədlərinin yoxlanılması prosesi başa çatıb. Təhsil Nazirliyin...

Rusiyanın bu şəhərlərindən Bakıya reyslər təşkil ediləcək

Rusiyanın “Azimut” aşağıbüdcəli aviaşirkəti Rostov, Mineralnıe Vodı və Krasnodardan Bakıya uçuşlar həyata keçirməyə başlayacaq. Ka...