İyun 9, 2020

Bakıda daha bir piyada keçidi vətəndaşların istifadəsinə veriləcək

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin (AAYDA) sifarişi əsasında hazırlanan daha bir layihə yekunlaşmaq üzrədir. Belə ki, Bakı şəhəri, Neapol küçəsində Heydər Əliyev parkının yanında yerüstü piyada keçidinin tikintisi artıq sona çatır.

Bu barədə “Report”a AAYDA-dan bildirilib.

Xatırladaq ki, bu ərazidə, yolun hər iki tərəfində yaşayış binaları, sosial və iaşə obyektləri mövcuddur. Bu üzdən keçid yolun sağ və sol tərəflərinə maneəsiz, təhlükəsiz piyada gedişini təmin edəcəkdir.

Müasir görünüşü ilə fərqlənən keçidin uzunluğu 76,5 metr, daxili hündürlüyü 3 metr, keçidaltı qabariti 5,5 metrdir. Piyada keçidi 2 giriş-çıxışdan ibarətdir. Konstruksiyası metal, bəzək materialı alüminium kompozit panel və şüşə örtükdən ibarət olan yerüstü piyada keçidində fiziki məhdudiyyətli insanların rahatlığını təmin etmək üçün 2 müasir lift quraşdırılıb.

Qeyd edək ki, piyada keçidi təhlükəsiz istismarı, ətraf mühitin qorunması, həmçinin partlayış-yanğın təhlükəsizliyini təmin edən normalara, təlimatlara və Dövlət Standartlarına uyğun olaraq inşa edilib. Hazırda ərazidə binanın mühəndis şəbəkələri ilə təminatı, abadlaşdırma və yaşıllaşdırma işləri yerinə yetirilir. Yaxın günlərdə yeni yerüstü piyada keçidinin vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulub. 


Digər xəbərlər


Qarabağdakı sülhməramlıların komandanı DƏYİŞİB

Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində respublikanın müdafiə idarəsi rəhbərliyinin Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti il...

ATƏT Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü alqışlayıb

ATƏT-in Minsk qrupunun həmsədrləri Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Xovayev (Rusiya) rəsmi Bakı və İrəvana gərginliyin azaldıl...

İctimai nəqliyyat iki gün işləməyəcək

Bu gündən sentyabrın 27-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. Kanal8 xəbər verir ki, Nazirlər Kabinet...

Azərbaycanda bəzi məhdudiyyətlər yumşaldılıb

Ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və eyni zamanda yoluxma hallarının dinamikasının davamlı şəkildə azalması nəzərə alınaraq,...

BMT-nin İnsan Hüquqları Şurasında Ermənistan bütün mina xəritələrini Azərbaycana verməyə çağırılıb

Cenevrədə yerləşən və BMT-də akkreditə olan Beynəlxalq Hüquq və İnkişaf İnstitutunun (IRDG) proqram koordinatoru Coel Fuks BMT-nin İnsan Hüquqlar...

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANIB

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 128 yeni yoluxma faktı qeydə alınıb, 2 590 nəfər müalicə olunaraq sağalıb. N...

Mehriban Əliyeva Bakının Binə qəsəbəsində yeni inşa edilən 88 saylı məktəbdə yaradılan şəraitlə tanış olub

Sentyabrın 24-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Bakının Xəzər rayonunun Binə qəsəbəsində yeni inşa ed...

Milli Məclisin iclasının tarixi və gündəliyi AÇIQLANIB

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı və gündəliyi açıqlanıb. Sentyabrın 30-da keçiriləcək toplantının gündəliyinə 15 m...