İyun 9, 2020

Korrupsiyaya yol verən daha bir şirkət rəhbəri həbs edilib

Ölkəmizdə həyata keçirilən davamlı iqtisadi inkişaf siyasətinin mühüm şərtlərindən biri kimi şəffaflığın və maliyyə intizamının təmin edilməsi, aparılan iqtisadi islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi prokurorluq orqanları tərəfindən qanunla ona həvalə edilmiş səlahiyyətləri çərçivəsində daim diqqət mərkəzində saxlanılmaqla aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə korrupsiya hüquqpozmaları törətmiş vəzifəli şəxslərə qarşı ardıcıl mübarizə tədbirləri davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən Kanal8-ə verilən məlumata görə, həyata keçirilməkdə olan belə tədbirlərdən biri kimi Ağcabədi rayonunun Ağabəyli kəndində fəaliyyət göstərən “BMS AQRO” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinin qanunsuz əməlləri nəticəsində Kənd Təsərrüfatı Nazirliyinin “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda ziyan vurulması barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş material araşdırılıb.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd olunan MMC-nin təsisçisi və direktoru Mülhazil Balakişiyevin digər şəxslərlə qabaqcadan əlbir olaraq 5200 baş müxtəlif cins damazlıq xırda buynuzlu mal-qaranın lizinq yolu ilə alınması ilə bağlı 24 iyul 2014-cü il tarixdə “Aqrolizinq” ASC tərəfindən elan edilmiş tenderin qalibi olduqdan sonra ümumilikdə 3 milyon 692 min avro (həmin dövrün məzənnnəsi ilə 3 milyon 581 min manat) məbləğində pul vəsaitinin köçürülməsinə nail olaraq müqavilə öhdəliyi üzrə 2 milyon 583 min avro (həmin dövrün məzənnəsi ilə 2 milyon 505 min manat) dəyərində olan 3600 baş xırda buynuzlu mal-qaranın gömrük rəsmiləşdirilməsindən keçirməklə ölkəyə gətirərək qeyd olunan müqavilə üzrə ASC tərəfindən ona etibar edilmiş 1 milyon 109 min avro (həmin dövrün məzənnəsi ilə 1 milyon 76 min manat) məbləğində pul vəsaitini nağdlaşdırmaqla mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

M.Balakişiyevin əməllərində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsinin əlamətləri oluduğundan ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Digər xəbərlər


Azərbaycan MN: Rusiya sülhməramlılarının Xankəndində təntənəli sıra düzülüşü planlaşdırılır

“10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata uyğun olaraq müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşdirilmiş Rusiya sülhməramlı...

MAXE olmaq istəyənlərə kurslar keçirilir

Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmət etmək istəyən əsgər və kursantlar Silahlı Qüvvələrin Təlim və...

Azərbaycanda 1 həftəlik tətil başlayır

Mayın 9-dan Ramazan bayramı ilə əlaqədar Azərbaycanda tətil başlayır. Tətil mayın 16-dək davam edəcək.Qeyd edək ki, Ramazan bayramı ilə əlaqəd...

Əziz Şuşa, sən azadsan! - Bu 8 May Şuşadayıq

Azərbaycanın qədim şəhəri olan Şuşa 29 ildən sonra ilk dəfədir may ayının 8-ni azad şəkildə qarşılayır. Uzun illər 8 may tarixini Şuşa şəhərinin ...

Yol polisinin bu şöbələri bayram günlərində də işləyəcək

Daxili İşlər Nazirliyi əməkdaşları bayram günlərində gücləndirilmiş iş rejimində xidmət aparacaq, yol polisinin qeydiyyat-imtahan və texniki baxı...

ASF qeyri-sabit hava şəraiti ilə bağlı sahibkarlara müraciət edib

Aqrar Sığorta Fondu (ASF) son günlər ölkədə müşahidə edilən qeyri-sabit hava şəraiti ilə bağlı fermerlərə və kənd təsərrüfatı fəaliyyəti ilə məşğ...

Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçunun nəşi tapılıb

Həyata keçirilən əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçu tapılaraq, şəxsiyyəti müəyyənləşdirilməklə, me...

Bakıda qanunsuz aksiya keçirməyə cəhd edilib

Bu barədə Kanal8-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu gün paytaxtın Nəsimi rayonunda bir qrup şə...