İyun 9, 2020

Naxçıvanda “FAW” markalı avtomobillərin istehsalına başlanılıb – FOTO

Ötən ilin aprel ayından “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının tərkibinə daxil edilən Naxçıvan Avtomobil Zavodunda artıq yeni modeldə avtomobillərin istehsalına başlanılıb.

 Çinin “FAW İndustrial Group” avtomobil istehsalçısı ilə bağlanmış müqaviləyə əsasən, hazırda zavodda ilkin olaraq 3 ədəd “FAW T-33” krossover və 6 ədəd “FAW T-80” yük avtomobillərinin istehsalına başlanılıb. Yaxın gələcəkdə isə əlavə olaraq “FAW T-33” krossover, “Lifan X-70” krossover və “Lifan L-7” minivan tipli avtomobillərin yığılması həyata keçiriləcək. Növbəti mərhələdə isə 58 ədəd “FAW” modellərinin istehsalı nəzərdə tutulub.

Müəssisədən verilən məlumata görə, hazırda burada “Lifan” markalı avtomobillər ilkin olaraq 20 faizi ödənilməklə 48 ay müddətinə, “FAW” markalı avtomobillər isə ilkin olaraq 25 faizi ödənilməklə 36 ay müddətinə daxili kreditlə təklif olunur. Bundan əlavə, satılacaq yeni avtomobillər üçün güzəştli kampaniyalar da nəzərdə tutulub.

Qeyd edək ki, muxtar respublikanın mühüm sənaye müəssisələrindən olan Naxçıvan Avtomobil Zavodu 2010-cu ildən fəaliyyət göstərir. 2472 kvadratmetrlik əraziyə malik zavodda avtomobil sənayesində tətbiq olunan müasir dizayn, təhlükəsizlik və ekoloji normalara uyğun avtomobillər istehsal edilir. İstehsal prosesində Almaniya, İtaliya və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıqlardan istifadə olunur. Naxçıvan Avtomobil Zavodunun Naxçıvan və Bakı şəhərlərində satış mərkəzləri, texniki xidmət şöbələri və avtomobillərin ehtiyat hissələrinin satışı mağazaları, həmçinin Şərur və Culfa rayonlarında avtomobillərin servis mərkəzləri fəaliyyət göstərir.


Digər xəbərlər


Əlillik təyin edilən zaman ötürülən vaxta görə də pensiya hesablanacaq

Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində təkrar qiymətləndirmə nəticəsində əlillik yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil ...

İyunun 23-ü bütün müavinət, təqaüd və kompensasiyalar ödəniləcək

İyunun 23-də bütün müavinət, təqaüd və kompensasiyaların ödənilməsi nəzərdə tutulub. Kanal8 xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial ...

Xaricdən məhsul sifariş verənlərin nəzərinə: Bağlamaların bəyan edilməsi artıq daha asan olub

2021-ci ilin fevral ayından etibarən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən yaradılan “Smart Customs” tətbiqi öz fəaliyyəti...

Pensiyalar bu tarixə qədər tam ödəniləcək

İyunun 15-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların ödənişi tam yekunlaşacaq. B...

Bakı, Sumqayıt və Abşeronda yaşayan pensiyaçıların NƏZƏRİNƏ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə...

Azərbaycan neftinin qiyməti 72 dolları keçib

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,68 ABŞ dolları, yaxud 0,95% artıb. Kanal...

Maliyyə Nazirliyindən vergi və gömrük güzəştləri ilə bağlı AÇIQLAMA — VİDEO

Nazirlər Kabinetinin 9 fevral 2020-ci il tarixli qərarı ilə “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlə...

Mərkəzi Bank dollarla bağlı məlumat yayıb

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Kanal8 x...