İyun 9, 2020

“Paşinyan vəziyyəti gizli saxlasa da, cəbhə bölgəsindəki vəziyyətdən qorxur” – Politoloq

“Paşinyan mövcud vəziyyəti nə qədər gizli saxlamağa çalışsa da, ordudakı və cəbhə bölgəsindəki vəziyyət onu narahat edir”.

Kanal8 xəbər verir ki, bu fikri Ermənistanda bir gündə 3 güc nazirinin dəyişdirilməsinə münasibət bildirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu səsləndirib.

Ermənistanda yaranmış vəziyyəti politoloq belə şərh edib:

“Ermənistanda bir gündə 3 güc naziri – polis rəisi Arman Sarkisyan, baş qərargah rəisi Artak Davtyan və milli təhlükəsizlik xidmətinin direktoru Eduard Martirosyan istefa veriblər.

Baş nazir Nikol Paşinyan artıq bu vəzifələrə yeni rəisləri təyin edib. Onik Qasparyan baş qərargah rəisi, Argişti Kəramyan milli təhlükəsizlik xidmətinin direktoru, Vahe Kazaryan polis rəisi təyin ediliblər. Bu təyinatlar o deməkdir ki, Paşinyan istefalara hazır idi və bəlkə də 3 istefanın bir gündə elan edilməsi onun təşəbbüsü ilə reallaşıb. Çünki Paşinyan narazı qaldığı güc nazirlərini ayrı-ayrı vaxtlarda istefaya göndərsə idi, bu erməni cəmiyyətində daha çox suallar və hökumətin dağıldığı görüntüsü yaradacaqdı. Belə də isə Paşinyan tələsik həm 3 istefanı bir gündə həyata keçirdi, həm də istefa verənlərin yerini dərhal doldurdu. Demək, Paşinyan yeni təyin ediləcək şəxsləri xeyli əvvəl özü üçün müəyyənləşdiribmiş.

Bəs istefalara səbəb nə ola bilərdi?

Böyük ehtimalla baş qərargah rəsinin istefası orduda və cəbhə bölgəsində yaranan durumla bağlıdır. Paşinyan mövcud vəziyyəti nə qədər gizli saxlamağa çalışsa da, ordudakı və cəbhə bölgəsindəki vəziyyət onu narahat edir. Azərbaycan ordusunun Naxçıvan istiqamətində irəriləməsi və Dağlıq Qarabağla Ermənistanı birləşdirən strateji yola nəzarət etməsi Paşinyanı və onun komandasını narahat etməyə bilməzdi. Bu mövzu Ermənistan müxalifətinin də ciddi müzakirə predmetinə çevrilib və Paşinyana qarşı istefa şüarlarında Azərbaycan ordusunun üstünlük qazandığı da vurğulanır. Belə vəziyyətdə istər-istəməz baş qərargah rəsinin istefası aktuallaşırdı. Ancaq Paşinyan bu vəzifəyə kimi təyin edirsə-etsin, Ermənistan ordusunun üstünlük qazanması keçmişdə qaldı, işğalçı ordu kasad hərbi texnika ilə uzağa gedə bilməyəcək və yeni itkilərə hazırlaşmalıdırlar.

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Artak Davtyanın istefası həm də fövqəladə vəziyyət dövründə oğlunun toyu ilə bağlıdır. Həmin toyda yüzdən çox qonaq iştirak edib. Paşinyan hamıya ağıl qoyur ki, bir yerə toplaşmayın, maska taxın, ancaq öz qərargah rəisi bütün bu qaydaları heçə sayaraq oğluna toy edib. İstefada bu amilin də rol oynadığını vurğulamaq olar. Ermənistan polis rəsinin istefanın da koronavirusla müəyyən əlaqəsi var. Ermənistanda koronavirusa yoluxan polislərin sayı yüzlərlədir. O ki qaldı, milli təhlükəsizlik xidmətinin rəisi Eduard Martirosyanın istefasına, bu bir qədər gözlənilməz idi. Çünki Paşinyan Martirosyanın vəzifəsinin öhdəsindən gələcəyinə inanırdı.

Nikol Paşinyan 2019-cu ilin sentyabrında Eduard Martirosyanı milli təhlükəsizlik xidmətinin rəsini təyin edərkən bunları demişdi: “Martirosyan uzun illərdir təhlükəsizlik xidməti sahəsində çalışır, təyinatda bu çox vacib amildir. Ermənistan Milli Təhlükəsizlik Xidməti oturuşmüş təşkilatdır. Buna baxmayaraq, qurum üzvləri peşəkarlıqlarını artırmalıdırlar”.

Martirosyan Paşinyanın etibarını doğruldacağını bu sözlərlə ifadə etmişdi: “20 ildir çalışdığım təşkilatın adından demək istəyirəm ki, əlimizdən gələni edəcəyik ki, Ermənistanın və Artsaxın sabitliyini və təhlükəsizliyini qoruyaq”.

Demək, Martirosyan verdiyi vədi yerinə yetirə bilməyib ki, Paşinyan onu istefaya göndərməyə qərar verib. Ailəsi ilə birlikdə vurisdan qurtulduğunu elan edən Paşinyan indi ölkəsini necə qurtaracağı barədə qarabara düşünməlidir. Özünün dediyinə görə Ermənistanda ən azı 100 min virus daşıyıcısı var. Bu əhalisi 3 milyondan da az Ermənistan üçün əsl faciədir. Üstəgəl də ciddi karantin şərtləri onsuz da çarəsiz duruma düşən istisadiyyatı taqətdən salıb. Bu da azmış kimi istefalar və müxalifətin fəallaşması Paşinyan üçün bir başqa problemə çevrilib.

Mövcud vəziyyəti Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan belə təsvir edib: “Paşinyan koronavirusla mübarizədə məğlub olub və bununla ölkəni biabırçı duruma salıb. Ermənistanın səhiyyə naziri virusla mübarizə aparmaq əvəzinə Gürcüstanla aramızı vurub, Paşinyan isə Ermənistanı üçüncü ölkələr sırasına sürükləyib, biz Nigeriyadan da geri qalırıq. O bunu etiraf etmək əvəzinə “xalq günahkardır” əməliyyatına başlayıb. Bircə günahkar var – Paşinyan”.


Digər xəbərlər


Sabah Milli Məclisin iclası keçiriləcək

Sabah Milli Məclisin növbədənkənar plenar iclası keçiriləcək. Kanal8 xəbər verir ki, iclasın gündəliyinə 9 məsələ daxil edilib. Bunlar aşağıda...

Ceyhun Bayramov Bosniya və Herseqovinanın Xalqlar Palatasının spikeri ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan Bosniya və Herseqovinanın Parlament Məclisinin Xalqlar Palatasının spikeri Ba...

“Sərhəd gərginliyinin Qarabağa aidiyyatı yoxdur” — Lavrov

Qarabağda Rusiya sülhməramlıların yerləşdiy ərazilərdə heç bir böyük insident baş verməyib. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov d...

“Azərbaycan və Ermənistan arasında davamlı sülhü dəstəkləyə bilərik” — Çavuşoğlu

“Türkiyə və Fransa Cənubi Qafqazda Azərbaycan və Ermənistanın rifanını təmin edəcək davamlı sülhü birlikdə dəstəkləyə bilər”. Kanal8 xəbər ver...

Ağ ev Baydenin Ərdoğanla görüşəcəyini təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammiti çərçivəsində ABŞ prezidenti Cozef Baydenlə görüşəcək. Tərəflər ikitərəfli və regional məsələ...

Çavuşoğlu NATO XİN rəhbərlərinin toplantısında iştirak edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO XİN rəhbərlərinin toplantısında iştirak edəcək. Kanal8 xəbər verir ki, bu barədə Türkiyə ...

Ərdoğanın Şuşa səfərinin tarixi AÇIQLANIB

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan iyunun 15-də Azərbaycana səfər edəcək. Bu barədə Rusiyanın “RİA Novosti” agentliyi öz mənbələrinə isti...

Ceyhun Bayramov Vyanada sərhəddəki insidentdən DANIŞIB

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı Ermənistanın isterik davranışları anlaşılan deyil. Azərbaycan hərbçiləri Ermənistan əra...