İyun 9, 2020

Pozuntulara yol verən 130-dan çox bələdiyyə sədrinin işi prokurorluğa göndərilib

Pozuntulara yol verən 130-dan çox bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 24 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.

Bu barədə Ədliyyə Nazirliyində Bələdiyyələrlə iş mərkəzinin rəhbərliyinin, regional ədliyyə idarələri rəislərinin və aidiyyəti məsul işçilərinin iştirakı ilə keçirilən videokonfrans formatında müşavirədə bildirilib.

Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədov çıxış edərək nazirlik tərəfindən 2019-cu ildə 80 mindən çox bələdiyyə aktı üzrə inzibati nəzarətin həyata keçirildiyini, 2.800-ə qədər aktın nazirliyin təklifləri əsasında ləğv edildiyini və ya dəyişdirildiyi, habelə qanunsuz verilmiş 7.000 hektardan çox torpaq sahəsinin geri qaytarıldığını deyib.

Qeyd olunub ki, pozuntulara yol verən 130-dan çox bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 24 fakt üzrə materiallar isə prokurorluğa göndərilib. İnzibati nəzarət zamanı müəyyən edilmiş hüquq pozuntuları və nöqsanların aradan qaldırılması və ya təkrar törədilməsinin qarşısının alınmasına önəm verilərək bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 9.200-dən artıq tövsiyə göndərilib.

Müşavirədə inzibati nəzarətlə bağlı nazirlik tərəfindən təqdim olunmuş illik məruzənin Milli Məclisin iclasında dinlənildiyi qeyd olunaraq, bələdiyyələrin fəaliyyəti ilə bağlı deputatların irəli sürdükləri təkliflər diqqətə çatdırılıb, bu sahədə inzibati nəzarətin səmərəliliyinin artırılmasının, yeni seçilmiş bələdiyyə üzvləri və qulluqçularına metodoloji yardımın gücləndirilməsinin, şəffaflığın, hesabatlılığın və aşkarlığın təmin edilməsinin, o cümlədən yerli büdcənin qəbulu və icrasının qanunvericiliyin tələblərinə uyğun şəffaf həyata keçirilməsinin, dövlət büdcəsindən ayrılan maliyyə vəsaitindən və yerli büdcə vəsaitlərindən qanunauyğun və səmərəli istifadə olunmasının vacibliyi vurğulanıb.

İclasda həmçinin “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində bələdiyyələrin fəaliyyətində elektron sənəd dövriyyəsinin tətbiqi, onların internetə çıxışının artırılmasına və internet səhifələrinin açılmasına kömək edilməsi, bələdiyyələrlə iş portalının yaradılması işinin sürətləndirilməsi, kütləvi informasiya vasitələrindən, internet informasiya ehtiyatlarından istifadə etməklə yerli büdcənin hesabatlılığının təmin edilməsi ilə bağlı bələdiyyələrlə iş aparılması barədə və digər məsələlər müzakirə olunub.


Digər xəbərlər


Ceyhun Bayramov Avropa İttifaqının üç ölkəsinin XİN başçısı ilə görüşüb

“Avstriya, Litva və Rumıniya xarici işlər nazirləri Aleksandr Şallenberq, Qabrielius Landsbergis və Boqdan Auresku və Azərbaycanda səfərdə olan A...

Sabahın hava proqnozu açıqlanıb

İyunun 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Kanal8-ə verilə...

Tokio-2020: Azərbaycan komandasının bayraqdarı açıqlanıb

Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarında bayraqdarı müəyyənləşib. Kanal8-in məlumatına görə, bu barədə Milli Olimpiya Komitəsinin vits...

Azad olunmuş ərazilərdə xidmət edən hərbçilərin maaşı artırıldı — SƏRƏNCAM

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçuların...

190 manatlıq birdəfəlik ödəmə ilə bağlı RƏSMİ AÇIQLAMA

“Pandemiya dövrünün fəsadları aradan qalxmağa başlayıb. Bunu gündəlik yoluxma sayında da görürük”. Kanal8 xəbər verir ki, bunu Əmək və Əhalini...

Ukraynadan quşçuluq məhsullarının idxalına icazə verilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərind...

Cəbrayılın Şahvəlli kəndindən görüntülər — VİDEO

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Şahvəlli kəndinin görüntülərini yayımlayıb. Kanal8 həmin görüntüləri təqdim edir. ...

«Hindistan ştammı» əvvəlki virusdan iki dəfə çox yoluxucudur — ÜST

Koronavirusun mutasiya olmuş yeni versiyası olan «Delta» (Hindistan ştammı-red.) dünya üzrə kütləvi şəkildə yayıla bilər. Kanal8 xəbər verir k...