İyun 10, 2020

Azərbaycan Fələstinə yardım etdi – Koronavirusa görə

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin xarici işlər nazirləri səviyyəsində keçirilən, “İsrailin işğalçı hökumətinin 1967-ci ildə işğal olunmuş Fələstin Dövlətinin ərazilərinin bir hissəsini ilhaq etmək təhlükəsi” ilə bağlı növbədənkənar açıq virtual iclasında çıxış edib.

Bu barədə Kanal8-ə Xarici İşlər Nazirliyindən bildirilib.

Nazir çıxışında bildirib ki, Azərbaycan İsrail-Fələstin münaqişəsinin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir.

“İşğal olunmuş Fələstin ərazisinə təsir edən mühüm hadisələri nəzərdən keçirmək məqsədilə bir araya gəldiyimiz bir vaxtda, Azərbaycanın qardaş Fələstin xalqının dövlətçilik, sülh, sabitlik və davamlı inkişafa verdiyi səylərini tam dəstəklədiyini bir daha bildirmək istərdim. Müxtəlif beynəlxalq forumlarda dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan İsrail-Fələstin münaqişəsinin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir.

Bununla əlaqədar olaraq, İordan çayının qərb sahilinin bir hissəsinin ilhaqına yönəlmiş mümkün hərəkətlər barədə xəbərlərdən narahatlığımızı bildiririk. Həll prosesinə təsir göstərə biləcək bütün hərəkətləri hər iki tərəf razılaşdırmalıdır. Buna görə də tərəfləri sülh danışıqlarına daha da zərər verə biləcək və beynəlxalq hüququ pozan birtərəfli addımlar atmaqdan çəkinməyə çağırırıq.

Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan, paytaxtı Şərqi Qüds olan suveren və müstəqil Fələstin Dövlətində öz müqəddəratını təyinetmə və azadlıq da daxil olmaqla, Fələstin xalqının ayrılmaz hüquqlarının və qanuni milli istəklərinin reallaşdırılmasına yönəlmiş səylərin təşviq olunmasına sadiqdir. Fələstin məsələsinin bütün aspektlərinin, o cümlədən fələstinli qaçqınlar məsələsi də daxil olmaqla, beynəlxalq hüquqa, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq ədalətli, davamlı və sülh yolu ilə həllinə yönəlmiş səylərə dəstəyimizi bir daha bildiririk.

Həqiqətən, hazırda dünya pandemiyadan çox əziyyət çəkir və pandemiyanın nəticələrinə qarşı mübarizə ölkələr və beynəlxalq təşkilatlar arasında intensiv beynəlxalq əməkdaşlıq və yardım tələb edir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası dünyanın 15-ə yaxın ölkəsinə humanitar yardım göstərmişdir. İnsanların əzab-əziyyətlərinin yüngülləşməsinə yardımçı olmaq və Fələstində yeni növ koronovirusun yayılmasının qarşısını almaq üçün göstərilən səyləri dəstəkləmək məqsədilə Fələstin Qaçqınlarına Yardım və İşlərin təşkili üzrə BMT-nin Agentliyinə (UNRWA) 2020-ci ildə 300.000 ABŞ dolları məbləğində töhfə verdik.

Ərazini əldə etmək üçün gücün tətbiq edilməsi beynəlxalq hüquqla qəbuledilməzdir və bütün dövlətlərin işğal nəticəsində yaranan vəziyyəti hüquqi tanımamaq və bu vəziyyətin davam etdirilməsinə kömək və ya yardım göstərməmək öhdəlikləri var. 30 ilə yaxındır ki, beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı davam edən Azərbaycan Fələstin xalqının hisslərini tam bölüşür”, – deyə nazir qeyd edib.


Digər xəbərlər


Türkiyə Rusiyanın Ukrayna ərazisində keçirəcəyi referendumun nəticələrini tanımayacaq

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya-Ukrayna müharibəsi haqqında danışıb. O, yaponiyalı jurnalistlərlə görüşündə “Bu gün Rus...

İlham Əliyev Rusiya Dövlət Dumasının Sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Sədri Vyaçeslav Volod...

Rusiya Dövlət Dumasının sədri bu gün Azərbaycana rəsmi səfər edəcək

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bu gün Azərbaycana rəsmi səfər edəcək. Vyaçeslav Volodin Azərbaycan Parlamentinin sədri Sahibə...

Azərbaycan Ermənistanın cinayətlərinə hüquqi qiymət verilməsi üçün bütün beynəlxalq mexanizmlərdən istifadəni təmin edəcək — XİN

Ermənistanın mina təxribatının əsas məqsədi məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasının qarşısını süni şəkildə əngəlləməkdir. Kanal8-i...

Ceyhun Bayramov Co Bayden tərəfindən təşkil edilən rəsmi qəbulda iştirak edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çər...

Xarici işlər naziri: “Revanşistlərə “nəfəs verilməsi” siyasi məsuliyyətsizlikdir”

“Belə həssas bir məqamda, kövrək sülhün əldə edilməsi şansı varkən əsassız iddialar səsləndirilərək revanşistlərə “nəfəs verilməsi” siyasi məsuli...

Türkiyənin səhiyyə naziri Azərbaycana gəlir

Türkiyənin səhiyyə naziri Fahrettin Koca Azərbaycana gəlir. Kanal8-in məlumatına görə səfər çərçivəsində türkiyəli nazir sabah Fəxri Xiyaban, ...

Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə görüşüb

20 sentyabr tarixində xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivə...