İyun 10, 2020

Bakı Şəhəri üzrə Təhsil İdarəsi valideynlərə müraciət edib

Bakının ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələri üzrə məktəbəhazırlıq qruplarına cəlb edilməyən uşaqların I sinfə qəbulu üçün onlayn müsahibələr davam edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınmasına yönəlmiş tədbirlərin səmərəliliyinin artırılması baxımından onlayn müsahibələr xüsusi əhəmiyyətə malikdir.

“Valideynlərə (qanuni nümayəndələrə) onlayn və ya ənənəvi (canlı) müsahibə formasını seçmək imkanı yaradılsa da, təsadüfi deyil ki, valideynlər daha çox onlayn müsahibələrə üstünlük verirlər.

Mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə uyğun olaraq onlayn müsahibələrin keçirilməsi valideynlərin və uşaqların rahatlığının təmin olunmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına xidmət edir. İlkin müşahidələr deməyə əsas verir ki, uşaqlar ailə üzvlərinin yanında, ev mühitində özlərini daha sərbəst ifadə etməyi bacarır. Odur ki, onlayn müsahibələrdə uğur qazanmış uşaqların nisbət göstəricisi daha yüksəkdir.

Onlayn müsahibələrdə iştirak etməklə hər bir valideyn koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində aparılan qabaqlayıcı tədbirlərə dəstək verir, həm özlərinin, həm də övladlarının həyat və sağlamlığının daha etibarlı qorunmasını təmin etmiş olur.

Onlayn müsahibələr valideyn və uşaqlara psixoloji cəhətdən də müsbət təsir göstərir, uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı mərhələni daha rahat adlamağa zəmin yaradır. Həmçinin onlayn müsahibə hamı üçün əlçatandır, hər kəs istifadə etdiyi kompüter, mobil telefon və ya digər İKT vasitələri ilə onlayn müsahibəyə qoşula bilir. Bununla bağlı valideynlərin şəxsi kabinetlərində müvafiq təlimati məlumatlar da yerləşdirilib.

Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların I sinfə qəbulu üçün ənənəvi (canlı) müsahibənin keçirilmə vaxtı hələlik bəlli deyil. Odur ki, ənənəvi (canlı) müsahibəyə yazılmış valideynlərə şəxsi kabinetlərindəki “Əlaqə” bölməsinə yazaraq və ya elektron sistemdə seçimlərini dəyişərək onlayn müsahibə formasını seçmək imkanı yaradılıb. Bu baxımdan valideynlərə daha çox onlayn müsahibələrə üstünlük verilməsi tövsiyə edilir”, idarədən bildirilib.

Qeyd edək ki, son illər təhsil sahəsində göstərilən elektron xidmətlərin sırası kifayət qədər genişləndirilib və bu proses səmərəli şəkildə davam etdirilir. Onlayn müsahibələr də valideynləri elektron xidmətlərin fəal istifadəçisinə çevirir və elektron xidmətlərlə bağlı yaradılmış imkanlar mövcud şəraitdə ən optimal çıxış yollarından biri kimi özünü göstərir.


Digər xəbərlər


İlham Əliyev Anım Günü ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tviter hesabında Anım Günü ilə bağlı paylaşım edib. Kanal8 paylaşımı təqdim edir. ...

Rusiyada səfərbərliyin elan olunma səbəbləri və mümkün nəticələri

Rusiyanın Ukrayna ərazisində müharibə əməliyyatları keçirməyə başladığı fevral ayından bəri bəyan etdiyi məqsədlər bir-birindən kəskin fərqlənir....

Azərbaycan İrəvanda keçiriləcək “Uşaq Avroviziyası” müsabiqəsində iştirak etməyəcək

Azərbaycan Ermənistanın paytaxtı İrəvanda keçiriləcək “Uşaq Avroviziyası – 2022” mahnı müsabiqəsində iştirak etməyəcək. Bu barədə Kanal8-ə İTV...

Audiovizual Şura “Xəzər TV”yə xəbərdarlıq edib

Audiovizual Şurası “Xəzər TV”yə xəbərdarlıq edib. Bu barədə Kanal8-ə Şuradan məlumata verilib. Qeyd olunub ki, Audiovizual Şuranın onlayn f...

Əvəz Zeynallı ev dustaqlığına buraxılmayıb

Bakı Apellyasiya Məhkəməsində Xural İnternet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallı barəsində Binəqədi Rayon Məhkəməsinin çıxardığı qə...

AZAL: Rusiyadan Azərbaycana reyslərə tələbat artıb — QİYMƏTLƏR

«Azərbaycan Hava Yolları» QSC (AZAL) Rusiyadan Azərbaycana reyslərə tələbatın artması, habelə aviabiletlərin dəyərinə dair yaranan suallarla əlaq...

Erməni hərbi birləşmələri tərəfindən basdırılmış minalar zərərsizləşdirilib

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri azad edilmiş ərazilərimizin və təminat yollarının minalardan təmizlənməsi istiqamətində fəaliyyə...

Qəbələ RLS-də faciəvi hadisə: Ölən var

Qəbələ Radiolokasiya Stansiyasında mülki işçini cərəyan vurub. Qəbələ Radiolokasiya Stansiyasında mühzafizəçi kimi çalışan 1981-ci il təvəllüd...