İyun 10, 2020

Baş Prokurorluq sabiq əməkdaşına cinayət işi açdı

Prokurorluq orqanları tərəfindən qanunla ona həvalə edilmiş səlahiyyətləri çərçivəsində korrupsiya hüquqpozmaları törətmiş vəzifəli şəxslərə qarşı mübarizədə ardıcıl tədbirlərin icrası davam etdirilir. Bu xüsusda prokurorluq orqanlarının əhali arasında olan nüfuzuna və imicinə kölgə salmaqla vətəndaşların qanunla qorunan mənafelərinə zərər vuran prokurorluq əməkdaşı barədə qanunamüvafiq tədbirlər görülmüşdür.

Belə ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin sabiq əməkdaşı Orxan Hacıyevin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş material araşdırılmışdır.

Bu barədə Kanal8-ə Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən məlunat verilib.

Aparılmış araşdırmalarla Orxan Hacıyevin 2015-2018-ci illərdə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Kriminalistika şöbəsinin prokuroru vəzifəsini icra edərkən icraatında olan cinayət işinin istintaqı ilə əlaqədar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək zərərçəkmiş şəxsin qohumunu xidməti otağında qəbul edərək istintaqın aparılması və təqsirləndirilən şəxsin tutulması məqsədilə əməliyyat tədbirlərinin keçirilməsinin təşkili üçün xərclərin həmin şəxs tərəfindən ödənilməli olması adı ilə aldadaraq 5 000 manat məbləğində pulunu ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmışdır.

İş üzrə Orxan Hacıyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmuşdur.

Cinayət işi üzrə istintaq tamamlanaraq 10 iyun 2020-ci il tarixdə baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilib.


Digər xəbərlər


Heydər Əliyev Fondu ilə UNICEF arasında növbəti Anlaşma Memorandumu imzalanıb

Bu gün Heydər Əliyev Fondu ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında növbəti Anlaşma Memorandumu imzalanıb. Kanal8 xəbər verir ki, memorandum 2...

DİN məlumat yayıb

«Vətənə qayıdış yaxınlaşır. İnsanlar tələsir. Anlaşılandır». Bunu Kanal8-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayo...

Noyabrda 67 nəfərin diplomu tanınmayıb

Noyabr ayı üzrə 302 müraciətçinin 235-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 67 nəfərin müraciəti isə mənfi qərarl...

Türkiyə-Azərbaycan birgə universitetin fəaliyyət istiqamətləri AÇIQLANIB

“Ali təhsil sahəsində yeni mərhələ olaraq Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması istiqamətində müzakirələrə başlamışıq”. Bunu tə...

Kəlbəcərin Tutxun təzahüründə geoloji-axtarış işlərinə başlanılıb — Nazir

İşğaldan azad edilən Kəlbəcər rayonu ərazisində böyük qızıl ehtiyatlarına malik Tutxun təzahüründə artıq geoloji-axtarış işlərinə başlanılıb. ...

MN: Hərbi qulluqçumuza hücum edən erməni əsilli şəxs zərərsizləşdirilib

Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuz dekabrın 3-ü saat 13.00 radələr...

Azərbaycan Türkiyədən yeni hərbi təyyarə alıb

Azərbaycan Türkiyədən yeni hərbi təyyarə alıb. “Hürkuş” tipli təyyarə hərbi təlim üçün nəzərdə tutulub. Dekabrın 3-də Azərbaycan Ordusunun ...

Azərbaycan Ordusunun artilleriya bölmələri döyüş atışlı təlimlər keçirib

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya Qoşunlarının bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib. Müda...