İyun 10, 2020

BMT-nin baş katibi: “Qida çatışmazlığı ilə üzləşən insanların sayı sürətlə artacaq” – VİDEO

BMT-nin baş katibi Antonio Quterreş qida təhlükəsizliyinə dair analitik icmalla bağlı videomüraciət edib.

“7,8 milyard təşkil edən dünya əhalisini təmin etmək üçün kifayət qədər ərzaq var. Lakin hazırda 820 milyondan çox insan ac qalır. 5 yaşa qədər təxminən 144 milyon uşağ böyümədə gecikir – bu, dünyadakı uşaqların beşdə birindən çoxdur. Ərzaq sistemlərimiz yaxşı işləmir və COVID-19 pandemiyası vəziyyəti daha da ağırlaşdırır. Təcili tədbirlər görülməsə qlobal ərzaq sahəsində fövqəladə vəziyyətin qaçılmazlığı aydın görünür. Bu isə yüz milyonlarla uşaq və böyüklərə uzunmüddətli təsir göstərə bilər.

Bu il COVID-19 böhranı səbəbindən daha 49 milyon insan ifrat yoxsulluq vəziyyətinə düşə bilər. Qida çatışmazlığı ilə üzləşən insanların sayı sürətlə artacaq. Ümumi Daxili Məhsulun bir faiz düşməsi böyümədə gecikən uşaqların sayının 0,7 milyon artması deməkdir. Hətta ərzağın bol olduğu ölkələrdə belə ərzaq təchizatı zəncirində fasilələrin yaranma riskini görürük.

Pandemiyaya qarşı mübarizə səylərimizin ən pis təsirlərinin qarşısını almaq üçün indi hərəkət etməliyik. Bu gün mən COVİD-19-un ərzaq təhlükəsizliyi və qidalanmaya təsiri ilə bağlı anlitik icmalı təqdim edirəm. Onun üç aydın nəticəsi var. Birincisi, səylərimizi insanların həyatını xilas etməyə və həyat düzənini qorumağa yönəltməliyik, risk dərəcəsinin yüksək olduğu sahələrə diqqət yetirməliyik. Bu, o deməkdir ki, qida xidmətlərini ən vacib xidmətlər sırasına aid etmək, həmçinin qida sənayəsi işçilərinin lazımi müdafiəsini təmin etmək lazımdır. Bu o deməkdir ki, həssas qruplar üçün zəruri humanitar ərzaq, yaşayış və qida yardımı davam etdirilməlidir.

Bu, həmçinin o deməkdir ki, ərzaq böhranı yaşayan ölkələrə sosial müdafiə sistemlərinin möhkəmləndirilməsi və genişləndirilməsi üçün ərzaq təchizatı təmin edilməlidir. Ölkələr qida sənayəsi, daşınma və yerli ərzaq bazarlarına dəstəyi artırmalı və ərzaq sistemlərinin davamlı işləməsini təmin etmək üçün ticarət dəhlizlərini açıq saxlamalıdırlar. Onlar həmçinin yardım və iqtisadi stimul paketlərin əhalinin ən həssas qruplarına çatmasını, o cümlədən kiçik ərzaq istehsalçılarının və kənd müəssisələrin likvidlik ehtiyaclarının ödənilməsini təmin etməlidirlər. İkincisi, qidalanma sahəsində sosial müdafiə sistemlərini gücləndirməliyik.

Ölkələr təhlükəsiz və doydurucu qidanın əlçatan olmasını təmin etməlidirlər, xüsusilə də azyaşlı uşaqlar, hamilə və süd verən qadınlar, yaşlılar və digər risk qruplarının nümayəndələri üçün. Ölkələr həmçinin ərzaq təminatı baxımından risk altında olan insanların maraqlarına uyğun olaraq sosial müdafiə proqramlarını tənzimləməli və genişləndirməlidirlər. Bura hazırda məktəb yeməklərindən məhrum olan uşaqlara dəstək də daxildir. Üçüncüsü, gələcəyə sərmayə yatırmalıyıq.

Daha inklüziv və dayanıqlı dünya qurmaq imkanımız var. Gəlin, ərzaq məhsulları istehsalçılarının və qida sənayesi işçilərinin tələbatını daha yaxşı ödəyən ərzaq sistemləri yaradaq. Aclıqa son qoymaq üçün sağlam və doydurucu qidaların daha əlçatan olmasını təmin edək. Gəlin, ərzaq sistemlərinin ətraf mühitlə əlaqəsini elə tarazlaşdıraq ki, onlar təbiətə və iqlimə daha yaxşı təsir göstərsinlər.

Unutmamalıyıq ki, qida sistemləri istixana qazı tullantılarının 29 faizini, o cümlədən metanın 44 faizini təşkil edir və biomüxtəlifliyə mənfi təsir göstərir. Əgər bu gün yayımlanan analitik icmalda deyilənləri vəbundan daha artıq iş görsək, COVİD-19-un qida təhlükəsizliyi və qidalanmaya ən pis təsirlərinin qarşısını ala bilərik. Biz bunu həyata keçirməli olduğumuz yaşıl iqtisadiyyata keçidi dəstəkləyən bir şəkildə edə bilərik. Təşəkkür edirəm”.


Digər xəbərlər


Azərbaycanda bir gündə neçə nəfər koronavirusa yoluxub? — 22 nəfər vəfat edib

Azərbaycanda bu gün koronavirus infeksiyasına 885 yeni yoluxma faktı qeydə alınıb, 2114 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Kanal...

İlham Əliyev “France 24” televiziya kanalına müsahibə verib

Sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “France 24” televiziya kanalına müsahibə verib. Kanal8 xəbər ver...

Teymur Musayev şəhid ailələri üzvlərinin müalicəsi ilə bağlı tapşırıq verib

“Sanator Kurort Reabilitasiya Mərkəzində şəhid ailələrinin reabilitasiya, müalicə və istirahəti təşkil ediləcək”. Bunu mərkəzin baş direktoru ...

Vilyam Hacıyevdə pnevmaniya aşkar edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. ...

Nərimanov rayonunda avtomobil yollarının yenidən qurulmasına 6,4 milyon manat ayrılıb — SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əl...

DİN Daşkəsən sakinlərinin meyitlərinin minalanmış ərazidən çıxarılmasının yubanmasına aydınlıq gətirib

Daxili İşlər Nazirliyi (DİN) Göygöl-Kəlbəcər rayonları arasında yerləşən minalanmış ərazidən götürülməsinin yubanması ilə bağlı məsələyə aydınlıq...

Gürcüstanın baş naziri Azərbaycana gəlir

Sentyabrın 29-da Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycana səfər edəcək. Bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyindən bildir...

Heydər Əliyev Fondu Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürüb

Koronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun müalicəsi ilə bağlı vəziyyəti H...