İyun 10, 2020

DİN-in əməkdaşları arasında koronavirusa yoluxanlar var – RƏSMİ

Xüsusi karantin rejimi başlayandan bu günə qədər polis əməkdaşları gücləndirilmiş iş rejimində karantin rejiminə nəzarəti həyata keçiriblər.

Bunu açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib. Onun sözlərinə görə, polislər hər gün yüzlərlə, minlərlə insanla ünsiyyətdə olurlar.

“Öz həyatlarını, sağlamlıqlarını riskə ataraq insanlarla ünsiyyətdə olurlar. Bu da sözsüz ki, polis əməkdaşları arasında koronavirusa yoluxma hallarına gətirib çıxarıb. Hazırda Daxili İşlər Nazirliyinin əməkdaşları arasında koronavirusa yoluxanlar var. Onlarda xəstəlik müəyyən edildikdən sonra dərhal xüsusi rejimli xəstəxanalara yerləşdirilib. Hazırda sağalıb evə buraxılanlar, müalicə alanlar da var. Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən, mütəmadi olaraq polis əməkdaşlarından testlər götürülür, vəziyyətə nəzarət olunur. Buna baxmayaraq, yoluxmalar da olur”.

DİN rəsmisi qeyd edib ki, xəstəlikdən sağalanlar arasında işə qayıdanlar yoxdur. Onlara ev şəraitində istirahət verilib.


Digər xəbərlər


Heydər Əliyev Fondu ilə UNICEF arasında növbəti Anlaşma Memorandumu imzalanıb

Bu gün Heydər Əliyev Fondu ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında növbəti Anlaşma Memorandumu imzalanıb. Kanal8 xəbər verir ki, memorandum 2...

DİN məlumat yayıb

«Vətənə qayıdış yaxınlaşır. İnsanlar tələsir. Anlaşılandır». Bunu Kanal8-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayo...

Noyabrda 67 nəfərin diplomu tanınmayıb

Noyabr ayı üzrə 302 müraciətçinin 235-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 67 nəfərin müraciəti isə mənfi qərarl...

Türkiyə-Azərbaycan birgə universitetin fəaliyyət istiqamətləri AÇIQLANIB

“Ali təhsil sahəsində yeni mərhələ olaraq Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması istiqamətində müzakirələrə başlamışıq”. Bunu tə...

Kəlbəcərin Tutxun təzahüründə geoloji-axtarış işlərinə başlanılıb — Nazir

İşğaldan azad edilən Kəlbəcər rayonu ərazisində böyük qızıl ehtiyatlarına malik Tutxun təzahüründə artıq geoloji-axtarış işlərinə başlanılıb. ...

MN: Hərbi qulluqçumuza hücum edən erməni əsilli şəxs zərərsizləşdirilib

Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuz dekabrın 3-ü saat 13.00 radələr...

Azərbaycan Türkiyədən yeni hərbi təyyarə alıb

Azərbaycan Türkiyədən yeni hərbi təyyarə alıb. “Hürkuş” tipli təyyarə hərbi təlim üçün nəzərdə tutulub. Dekabrın 3-də Azərbaycan Ordusunun ...

Azərbaycan Ordusunun artilleriya bölmələri döyüş atışlı təlimlər keçirib

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya Qoşunlarının bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib. Müda...