İyun 10, 2020

İctimai nəqliyyatda və iaşə obyektlərində kondisionerlərin işə salınmasına məhdudiyyət qoyuldu – RƏSMİ

“COVID-19 infeksiyasının yayılma riskini nəzərə alaraq ictimai nəqliyyatda, ictimai iaşə obyektlərində sərinləndirmə sistemlərinin işə salınmasına məhdudiyyət qoyulub”.

Kanal8 xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat katibi Mais Ağayev bildirib.

Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsi TƏBİB-in tövsiyəsinə əsəsən bu addımın atılmasında əsas məqsəd əhalinin sağlamlığının qorunmasıdır: “Çünki avtobuslarda olan sərinləndirmə sistemi havanı daxildə dövr etdirir ki, bu da virusun yayılma riskini artırır. Sərinləndirmə sistemlərinin işə salınmaması sərnişinlərimiz arasında müəyyən qədər narahatlıq yaradıb ki, bu səbəbdən də onlardan məsələni anlayışla qəbul etmələrini xahiş edirik. Təəssüflər olsun ki, bəzi maraqli dairlərin və bəzi daşıyıcıların əlində alətə çevrilən müyyən informasiya saytları bu məsələdə də spekulyasiyalara əl atırlar. Əsassız fikir və yalnış rəy yaymaqla görülən işlərə kölgə salır, sərnişinlər arasında yersiz təşviş və çaşqınlığın yaranmasına səbəb olurlar”.M.Ağayevin qeyd etdiyi kimi, son 5 ildə dövlətin diqqəti və qayğısı nəticəsində Bakı şəhəri üçün 600-dən artıq müasir, komfortlu o cümlədən sərinləndirmə sistemləri olan avtobus alınıb: “Avropanın inkişaf etmiş şəhərləri ilə müqayisədə bu çox mühüm bir statistikadır. Alınan avtobusların ekoloji baxımdan təmiz Avro 6 standartlarına cavab verməsi görülən tədbirlərin əhəmiyyətini daha da artırır. Bütün bunlar isə vətəndaşlarımıza təhlükəsiz və rahat sərnişindaşıma xidmətlərinin göstərilməsi üçündür. Bu gün sərinləndirmə sistemlərinin işə salınmaması da elə sərnişinlərimizin sağlamlığı və təhlükəsizliyi üçündür. Məsələ ilə əlaqədar beynəlxalq təcrübədə tədqiq olunub. Məlumat üçün bildirək ki, hazırda Moskva və İstanbul şəhərlərində də avtobuslarda bütün havalandırma və kondisioner sistemi söndürülüb”.


Digər xəbərlər


İlham Əliyev Anım Günü ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tviter hesabında Anım Günü ilə bağlı paylaşım edib. Kanal8 paylaşımı təqdim edir. ...

Rusiyada səfərbərliyin elan olunma səbəbləri və mümkün nəticələri

Rusiyanın Ukrayna ərazisində müharibə əməliyyatları keçirməyə başladığı fevral ayından bəri bəyan etdiyi məqsədlər bir-birindən kəskin fərqlənir....

Azərbaycan İrəvanda keçiriləcək “Uşaq Avroviziyası” müsabiqəsində iştirak etməyəcək

Azərbaycan Ermənistanın paytaxtı İrəvanda keçiriləcək “Uşaq Avroviziyası – 2022” mahnı müsabiqəsində iştirak etməyəcək. Bu barədə Kanal8-ə İTV...

Audiovizual Şura “Xəzər TV”yə xəbərdarlıq edib

Audiovizual Şurası “Xəzər TV”yə xəbərdarlıq edib. Bu barədə Kanal8-ə Şuradan məlumata verilib. Qeyd olunub ki, Audiovizual Şuranın onlayn f...

Əvəz Zeynallı ev dustaqlığına buraxılmayıb

Bakı Apellyasiya Məhkəməsində Xural İnternet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallı barəsində Binəqədi Rayon Məhkəməsinin çıxardığı qə...

AZAL: Rusiyadan Azərbaycana reyslərə tələbat artıb — QİYMƏTLƏR

«Azərbaycan Hava Yolları» QSC (AZAL) Rusiyadan Azərbaycana reyslərə tələbatın artması, habelə aviabiletlərin dəyərinə dair yaranan suallarla əlaq...

Erməni hərbi birləşmələri tərəfindən basdırılmış minalar zərərsizləşdirilib

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri azad edilmiş ərazilərimizin və təminat yollarının minalardan təmizlənməsi istiqamətində fəaliyyə...

Qəbələ RLS-də faciəvi hadisə: Ölən var

Qəbələ Radiolokasiya Stansiyasında mülki işçini cərəyan vurub. Qəbələ Radiolokasiya Stansiyasında mühzafizəçi kimi çalışan 1981-ci il təvəllüd...