İyun 11, 2020

İranlı deputat Tehran küçələrinin birinin Corc Floyd adlandırılmasını təklif edib

İran Milli Məclisinin deputatı Məhəmməd Mehdi Zahidi Tehran küçələrindən birinə Corc Floyd adının verilməsini təklif edib.

Kanal8 xəbər verir ki, bu barədə “Twitter” səhifəsində yazan millət vəkili bu addımın “Qərbin kapitalist və irqçi siyasətlərinə etiraz olaraq” atılmasını təklif edib.

“Bu gün İran İslam Respublikası ölkədaxili diktatorluq və xarici istismardan əziyyət çəkən millətlər üçün ümid yeridir”, – deyə Məhəmməd Mehdi Zahidi iddia edib.

İranlı deputatın dediklərinin əksinə olaraq, bu ölkə öz daxilində yaşayan azərbaycanlılar, ərəblər, bəluclar, kürdlər və digər etniklər, habelə müxtəlif dini azlıqlara qarşı ən çox repressiya həyata keçirən ölkələrdən biri hesab edilir. Dəfələrlə İranın təhlükəsizlik qüvvələri öz təməl hüquqlarını tələb edən güney azərbaycanlı fəalları qətlə yetirib və ya onları həbs edərək ağır işgəncələrə məruz qoyub, lakin buna görə heç bir polis həbs edilməyib. Amma ABŞ-da Corc Floydun ölümünə səbəb olan polislər cinayət məsuliyyətinə cəlb ediliblər.

Digər tərəfdən, ən son 2019-cu ilin noyabr ayında İranda benzinin qiymətinin bahalaşmasına qarşı keçirilən xalq etirazlarında ölkənin təhlükəsizlik qüvvələri 1500 sivil nümayişçini başlarından və sinələrindən güllələyərək qətlə yetirmişdi. Ən çox qırğın yaşanan bölgələrdən biri isə etnik ərəblərin yaşadığı Mahşəhr şəhəri olmuşdu. Təkcə burada “Sepah” və polisin etirazçıları qamışlıq əraziyə sıxışdırıb pulemyotla atəşə tutması nəticəsində azı 100 nəfər ölmüşdü. Bu günə qədər öz vətəndaşını güllələyək qətlə yetirən İran rejimi bu qətliama görə heç bir polis və ya rəsmini məsuliyyətə cəlb etməyib, əksinə onların öz vəzifələrini “lazımi səviyyədə yerinə yetirdiyini” dəfələrlə bəyan edib.


Digər xəbərlər


TƏBİB-in xəstəxanalarında ödənişli xidmətlərin siyahısı və tarifləri təsdiqlənib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrində əhaliyə icbari tibbi sığorta üzrə Xidmətlər Zərfin...

Ehtiyatda olan polkovnik həbs edilib

Müdafiə Nazirliyinin ehtiyatda olan polkovniki Elnur Məmmədov həbs edilib. Bu barədə Kanal8-ə Bakı Hərbi Məhkəməsindən məlumat verilib. Bil...

Azərbaycan və Aİ liderləri gələn ay Brüsseldə keçiriləcək üçtərəfli görüşün gündəliyini müzakirə edib

Gələn ay Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli...

Səbuhi Əhmədovun qardaşına 11 000 manat məbləğində birdəfəlik ödəmə təyin olunub — RƏSMİ

Şəhid Səbuhi Əhmədovun vərəsəsi kimi qardaşı Sənan Əhmədova 11 000 manat məbləğində birdəfəlik ödəmə təyin olunub. Bu barədə Kanal8-ə Dövlət S...

Sentyabr hadisələrində 6 nəfər azərbaycanlı işgəncələrlə öldürülüb — Baş prokurorluq

Sentyabr hadisələrində erməni hərbçiləri tərəfindən işgəncələrlə öldürülən və görüntüləri yayılan 6 nəfər azərbaycanlının meyiti Azərbaycan tərəf...

Baş prokurorluqdan hərbçilərin sosial şəbəkələrdə yayılan görüntüləri ilə bağlı açıqlama

Belə ki, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində yayılmış Azərbaycanın hərbi qulluqçularının döyüş əməliyyatları zamanı...

Araz Əlizadə vəfat edib

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə vəfat edib. Bu barədə onun ailəsindən məlumat verilib. Qeyd olunub ki, A....

Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları birgə təlimə cəlb olunublar

2022-ci ilin planına əsasən Türkiyə Respublikasının Marmaris şəhərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz xüsusi taborlarının sualtı...