İyun 11, 2020

Aİ sərhədlərini açmağa hazırlaşır

Avropa İttifaqı (Aİ) iyulun 1-dən sərhədlərini xarici vətəndaşlara qismən açacaq.

Kanal8 “euronews”a istinadən xəbər verir ki, Avropa Komissiyası bununla bağlı üzv ölkələrə çağırış edib.

Avropa Komissiyası üzv ölkələrdən, Aİ-yə üzv olmayan ölkələrin siyahısı barədə razılığa gəlməyi tapşırıb. Bu ölkələrin vətəndaşları iyulun 1-dən etibarən Aİ ölkələrinə səyahət edə biləcək.

“Beynəlxalq səyahət turizm və biznes üçün, həmçinin ailələr və dostların bir araya gəlməsi üçün çox vacibdir”, – deyə Avropa Daxili İşlər Komissarı Ylva Johansson vurğulayıb.

Qadağalarla bağlı istisnalar tələbələrə, təşkilata üzv ölkələrdən hər hansı birində yaşayan, lakin Aİ-yə üzv olmayan ölkənin vətəndaşlarına və yüksək ixtisaslı işçilərə tətbiq ediləcək.

İyunun 15-dən etibarən isə Aİ-yə üzv 27 ölkə arasında sərhədlər açılacaq.

Avropa Komissiyası səyahətlə bağlı Albaniya, Bosniya və Hersoqovina, Kosova, Monteneqro, Şimali Makedoniya və Serbiyaya tətbiq olunan qadağaları aradan qaldırmağa çağırıb.


Digər xəbərlər


İlham Əliyev Anım Günü ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tviter hesabında Anım Günü ilə bağlı paylaşım edib. Kanal8 paylaşımı təqdim edir. ...

Rusiyada səfərbərliyin elan olunma səbəbləri və mümkün nəticələri

Rusiyanın Ukrayna ərazisində müharibə əməliyyatları keçirməyə başladığı fevral ayından bəri bəyan etdiyi məqsədlər bir-birindən kəskin fərqlənir....

Azərbaycan İrəvanda keçiriləcək “Uşaq Avroviziyası” müsabiqəsində iştirak etməyəcək

Azərbaycan Ermənistanın paytaxtı İrəvanda keçiriləcək “Uşaq Avroviziyası – 2022” mahnı müsabiqəsində iştirak etməyəcək. Bu barədə Kanal8-ə İTV...

Audiovizual Şura “Xəzər TV”yə xəbərdarlıq edib

Audiovizual Şurası “Xəzər TV”yə xəbərdarlıq edib. Bu barədə Kanal8-ə Şuradan məlumata verilib. Qeyd olunub ki, Audiovizual Şuranın onlayn f...

Əvəz Zeynallı ev dustaqlığına buraxılmayıb

Bakı Apellyasiya Məhkəməsində Xural İnternet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallı barəsində Binəqədi Rayon Məhkəməsinin çıxardığı qə...

AZAL: Rusiyadan Azərbaycana reyslərə tələbat artıb — QİYMƏTLƏR

«Azərbaycan Hava Yolları» QSC (AZAL) Rusiyadan Azərbaycana reyslərə tələbatın artması, habelə aviabiletlərin dəyərinə dair yaranan suallarla əlaq...

Erməni hərbi birləşmələri tərəfindən basdırılmış minalar zərərsizləşdirilib

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri azad edilmiş ərazilərimizin və təminat yollarının minalardan təmizlənməsi istiqamətində fəaliyyə...

Qəbələ RLS-də faciəvi hadisə: Ölən var

Qəbələ Radiolokasiya Stansiyasında mülki işçini cərəyan vurub. Qəbələ Radiolokasiya Stansiyasında mühzafizəçi kimi çalışan 1981-ci il təvəllüd...