İyun 11, 2020

“Azərpoçt”da elektron pul kisəsi hazırlanır

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC ) ilə tərəfdaşlığa başlayıb.

Kanal8-ə “Azərpoçt”dan verilən məlumata görə, məqsəd ölkədə, xüsusilə ucqar ərazilərdə yaşayan əhali və fəaliyyət göstərən özəl sektorun elektron maliyyə xidmətlərindən istifadəsini genişləndirməkdir.

Layihəyə əsasən, IFC elektron maliyyə əməliyyatlarını icra etməyə imkan verən elektron pul kisəsinin hazırlanmasında “Azərpoçt”la birgə çalışacaq.

Hazırda “Azərpoçt” bir sıra maliyyə xidmətləri təqdim edir. Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq quruma digər maliyyə təşkilatlarının agenti qismində seçilmiş maliyyə xidmətləri göstərməsi və müştəriləri rəqəmsal maliyyə xidmətləri barədə maarifləndirməsi üzrə yardım edəcək. Bu fəaliyyət İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə tərəfdaşlıq əsasında icra olunan IFC-nin “Elektron və rəqəmsal maliyyə xidmətləri” layihəsi çərçivəsində həyata keçirilir.

Sözügedən təşəbbüs, xüsusilə kənd yerlərində, bank filiallarından uzaqda yaşayan əhaliyə və kiçik sahibkarlara banka gəlmədən ödənişlər etməyə və əsas bank xidmətlərinə rəqəmsal çıxış əldə etməyə imkan verəcək. Eyni zamanda bu əməkdaşlıq “Azərpoçt” üçün yeni imkanlar açacaq.

Qeyd edək ki, layihə nəticəsində qurum əhalinin bank xidmətləri ilə əhatə olunmayan böyük hissəsi üçün maliyyə inklüzivliyinin təmin edilməsində mühüm rol oynayacaq. Bu təşəbbüs Azərbaycan iqtisadiyyatını şaxələndirməyə və iqtisadi artımı daha da sürətləndirməyə dəstək verəcək.


Digər xəbərlər


“Aİ-95” və “Aİ-98” benzinin qiyməti sabahdan qalxacaq

Azərbaycanda sabahdan etibarən “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik ediləcək. Kanal8 oxu.az-a istinadən xəb...

Azərbaycan nefti bahalaşır

Azərbaycan nefti bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin dəyəri 0,57 ABŞ dolları və ya 0,78 faiz artıb. Nəticədə dünya bazarı...

Pensiyalar bu tarixdə tam ödəniləcək — RƏSMİ

Respublika üzrə pensiyaların sentyabrın 15-də tam ödənilərək, yekunlaşdırılması nəzərdə tutulub. Kanal8 xəbər verir ki, bu barədə Əmək və Əhal...

Mərkəzi Bank banklara göstəriş verib

Tədavüldə olan pul nişanlarının keyfiyyətinin yüksək səviyyədə saxlanılması, pulların saxtalaşdırılmasına qarşı mübarizənin effektiv təşkili və n...

Neft bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin noyabr müqaviləsinin də...

Bakı, Sumqayıt və Abşeronda yaşayan pensiyaçılara VACİB XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə...

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK

Sentyabrın 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub. Kanal8 xə...

Ünvanlı dövlət sosial yardımın məbləği ARTIB

2021-ci ilin avqust ayında orta hesabla 1 ailəyə ödənilən ünvanlı dövlət sosial yardımın (ÜDSY) məbləği artaraq 233,4 manatdan 262,5 manata çatıb...