İyun 11, 2020

“Polis İslahatı haqqında Qanun”a dəyişiklik ediləcək

Nyu-York ştatının qubernatoru Endryu Kuomo bu həftənin sonunadək “Polis İslahatı haqqında Qanun” layihəsini təsdiqləyəcəyini bildirib.

Kanal8 TASS-a istinadən xəbər verir ki, o bu barədə “NY1” telekanalının canlı yayımında vurğulayıb.

“Dəyişikliklərin vaxtı gəlib və biz bu dəyişiklikləri həyata keçirəcəyik”, deyən qubernator, sözügedən qanun layihəsini bu həftənin sonuna qədər imzalaya biləcəyini bildirib.

E.Kuomonun sözlərinə görə, yeni dəyişikliklərdə şübhəli şəxsləri aşkar edərkən polislərə bir sıra hərəkətlər qadağan ediləcək, habelə Nyu-York Dövlət Mülki Hüquqlar Qanununun “50a” hissəsinin ləğvi olunacağı gündəmdədir.

Afroamerikalı Corc Floydun ölümünə qarşı kütləvi etirazlar başlayandan sonra qanun layihəsinə ölkə daxilində, o cümlədən ştatın qanunverici orqanı tərəfindən baxılıb.

“Düşünürəm ki, bu dəyişikliklər müsbət nəticə verəcək. Etirazçıların hisslərini başa düşürəm, onlarla da danışacağam”, deyə qubernator əlavə edib.


Digər xəbərlər


TƏBİB-in xəstəxanalarında ödənişli xidmətlərin siyahısı və tarifləri təsdiqlənib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrində əhaliyə icbari tibbi sığorta üzrə Xidmətlər Zərfin...

Ehtiyatda olan polkovnik həbs edilib

Müdafiə Nazirliyinin ehtiyatda olan polkovniki Elnur Məmmədov həbs edilib. Bu barədə Kanal8-ə Bakı Hərbi Məhkəməsindən məlumat verilib. Bil...

Azərbaycan və Aİ liderləri gələn ay Brüsseldə keçiriləcək üçtərəfli görüşün gündəliyini müzakirə edib

Gələn ay Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli...

Səbuhi Əhmədovun qardaşına 11 000 manat məbləğində birdəfəlik ödəmə təyin olunub — RƏSMİ

Şəhid Səbuhi Əhmədovun vərəsəsi kimi qardaşı Sənan Əhmədova 11 000 manat məbləğində birdəfəlik ödəmə təyin olunub. Bu barədə Kanal8-ə Dövlət S...

Sentyabr hadisələrində 6 nəfər azərbaycanlı işgəncələrlə öldürülüb — Baş prokurorluq

Sentyabr hadisələrində erməni hərbçiləri tərəfindən işgəncələrlə öldürülən və görüntüləri yayılan 6 nəfər azərbaycanlının meyiti Azərbaycan tərəf...

Baş prokurorluqdan hərbçilərin sosial şəbəkələrdə yayılan görüntüləri ilə bağlı açıqlama

Belə ki, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində yayılmış Azərbaycanın hərbi qulluqçularının döyüş əməliyyatları zamanı...

Araz Əlizadə vəfat edib

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə vəfat edib. Bu barədə onun ailəsindən məlumat verilib. Qeyd olunub ki, A....

Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları birgə təlimə cəlb olunublar

2022-ci ilin planına əsasən Türkiyə Respublikasının Marmaris şəhərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz xüsusi taborlarının sualtı...