İyun 11, 2020

Teymur Mustafayev koronavirusdan vəfat edib – RƏSMİ

Xalq artisti, Prezident təqaüdçüsü Teymur Ağaxan oğlu Mustafayevin ölüm səbəbi məlum olub.

TƏBİB-dən Kanal8-ə bildirilib ki, 04.06.2020-ci il tarixində “Yeni Klinika” tibb müəssisəsinə 1939-cu il təvəllüdlü Mustafayev Teymur Ağaxan oğlu TTY ilə evdən ikitərəfli COVID-19 pnevmoniyası, Kəskin tənəffüs çatışmazlığı, Ağciyər-ürək çatışmazlığı, Şəkərli diabet II tip Ağır klinik gedişli, hər iki aşağı ətrafın işemiyası diaqnozu ilə ağır vəziyyətdə gətirilib və reanimasiya şöbəsinə daxil olub.

Daxil olan kimi xəstəyə müvafiq müayinələr olunub. Tənəffüs çatmazlığı və xəstədə hemodinamiki göstəricilərdə pozğunluqlar dərinləşdiyindən təcili intubasiya olunaraq Süni ventilyasiya aparatına qoşulmuşdur. Həkim İnfeksionistin təyinatı ilə xəstəyə COVID-19-a qarşı antibakterial, antiviral müalicəyə başlanılıb.

Həkimlərin səyinə baxmayaraq, 11.06.2020-ci il tarixdə 15:30-da bioloji ölüm qeyd olunub.


Digər xəbərlər


Ömər Faiq Nemanzadənin 150 illik yubileyi qeyd ediləcək

Ömər Faiq Nemanzadənin 150 illik yubileyi qeyd ediləcək. Kanal8 xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sə...

“Avatar 4” filminin çəkilişləri başlayıb

Rejissor Ceyms Kemeron “Disney D23 Expo” oflayn tədbirində dördüncü «Avatar» filminin çəkilişlərinə başladığını elan edib. Bu barədə “The Coll...

Azərbaycanda İkinci Üzüm və Şərab Festivalı keçiriləcək

Oktyabrın 1-2-də Şamaxıda İkinci Üzüm və Şərab Festivalı keçiriləcək. Festival Heydər Əliyev Fondunun dəstəyi, Dövlət Turizm Agentliyi, Şamaxı...

Akademik Musiqili Teatr 113-cü mövsümünü Şuşada açacaq

Akademik Musiqili Teatr 113-cü mövsümünü Şuşada açacaq. Bu barədə Kanal8-ə teatrdan məlumat verilib. Bildirilib ki, sentyabrın 18-dən 24-də...

Məşhur caz ifaçıları Heydər Əliyev Mərkəzində

Sentyabrın 30-da Heydər Əliyev Mərkəzində 17-ci Beynəlxalq Bakı Caz Festivalı çərçivəsində caz ulduzları Melvin Trevis (Melvin Travis) və Mina Aq...

Nəsibə Abdullayevaya “Xalq artisti” fəxri adı verilib

Nəsibə Məlikovna Abdullayevaya “Xalq artisti” fəxri adı verilib. Kanal8 xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. ...

“Basqal” qoruğu və “Diri Baba” türbəsinə giriş qiymətləri müəyyənləşdirilib

Dövlət Turizm Agentliyinin tabeliyində olan “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda, eləcə də qoruğun balansında olan “Diri Baba” türbəsində a...

İlham Əliyev və Mehriban Əliyeva Dənizkənarı Milli Parkda Müslüm Maqomayevin abidəsinin açılışında iştirak ediblər

Avqustun 17-də Bakının Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsinin açılışı olub. Azərbaycan Respublikasının...