İyun 12, 2020

Azərbaycanla Beynəlxalq Qızıl Xaç Komitəsi arasında Sazişin qüvvədəolma müddəti uzadıllb – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında 2000-ci il 1 iyun tarixli Sazişin qüvvədəolma müddətinin uzadılması haqqında Protokolun təsdiq edilməsi barədə Sərəncam imzalayıb.

Kanal8 xəbər verir ki, sərəncama əsasən Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında 2000-ci il 1 iyun tarixli Sazişin qüvvədəolma müddətinin uzadılması haqqında 2020-ci il mayın 7-də Bakı şəhərində imzalanmış Protokol təsdiq edilib.

Bu Sərəncamın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Beynəlxalq Qızıl Xaç Komitəsinə bildiriş göndərməlidir.


Digər xəbərlər


Antiterror tədbirlərindən sonra Qarabağda 123 mina zərərsizləşdirilib

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən Qarabağ bölgəsinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə tədbirl...

Bu şəxslərin təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Müharibə veteranlarının dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti h...

Qarabağın erməni sakinlərinin reinteqrasiyası ilə bağlı görülən işlər açıqlanıb

Azərbaycan Respublikası Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı əməli fəaliyyətə başlayıb. Bununla əlaqədar, Qarab...

Anti-terror tədbirləri uğurla başa çatdıqdan sonra Qarabağın bütün ərazilərinə ciddi şəkildə nəzarət edilir - DİN

Anti-terror tədbirləri uğurla başa çatdıqdan sonra Qarabağ iqtisadi rayonunun bütün ərazilərində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanl...

Azərbaycanda bu hərəkətlər monopoliya hesab ediləcək

Azərbaycanda rəqabətin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması halları müəyyən edilir. Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən ic...

Cərimələrin ödənişinə dair tələblər sərtləşdirilir

Maliyyə sanksiyaları zamanı 30 gün müddətində bazar subyekti tərəfindən göstərişdə qeyd edilən məbləğ dövlət büdcəsinə ödəniləcək. Bununla bağ...

Xankəndiyə qayıdış üçün hazırlıq işlərinə başlanılıb

Xankəndiyə qayıdış üçün hazırlıq işlərinə başlanılıb. Kanal8 xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət K...

MN: "Azərbaycan Ordusu Ermənistanın hərbi avtomobilinə atəş açmayıb"

Oktyabrın 2-si saat 14:25 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd...