İyun 12, 2020

Bu ölkədə evlər bir avrodan satılmağa başlanıb

Koronavirus pandemiyasının nəticələrindən güclü zərər görən və gənc əhalinin böyük şəhərlərə axını problem ilə üzləşən İtaliya əyalətində bölgəyə yeni sakinlər cəlb etmək üçün maraqlı proqram işə düşüb.

İtaliyada evləri bir avrodan satmağa başlayıblar. İtaliya hökumətinin fikrincə, bu proqram koronavirus pandemiyasından əziyyət çəkən regionlara işçi qüvvəsinin cəlb olunmasına kömək edəcək.

İtaliyanın Kalabriya regionundakı Çinkuefrondi kommunasının yerli hakimiyyəti bələdiyyədə bir avroya güzəştli mənzil alınması üçün “Gözəllik əməliyyatı” adlı proqramı həyata keçirməyə başlayıb.

CNN telekanalının məlumatına görə, region və xüsusilə də daşınmaz əmlak bazarı, koronavirus pandemiyasının nəticələrindən güclü zərər görüb. Bundan başqa, gənc əhalinin böyük şəhərlərə axını problemi də qalmaqdadır. Bölgəyə yeni sakinləri cəlb etmək üçün belə bir proqram təklif edilib.

Çinkuefrondi merinin sözlərinə görə, yeni bir yaşayış yeri kimi onun kommunasını seçməyin üstünlüklərindən biri təhlükəsizlikdir. Bələdiyyədə artıq sakinlər arasında koronavirusa yoluxma hadisəsi qeydə alınmayıb.

Mənzillərin güzəştli alınması üzrə proqramda iştirak etmək üçün əsas şərt satın alındıqdan sonra binanı üç il ərzində təmir etməkdir. Bunun üçün alıcı əvvəlcə 250 avro məbləğində icbari ödəniş etməlidir və sonra təmir işlərinə başlamalıdır. Əgər müəyyən edilmiş müddət ərzində təmir aparılmasa və ya başa çatdırılmasa, alıcı 20 min avro məbləğində cərimə olunacaq.


Digər xəbərlər


Qarabağdakı sülhməramlıların komandanı DƏYİŞİB

Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində respublikanın müdafiə idarəsi rəhbərliyinin Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti il...

ATƏT Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü alqışlayıb

ATƏT-in Minsk qrupunun həmsədrləri Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Xovayev (Rusiya) rəsmi Bakı və İrəvana gərginliyin azaldıl...

İctimai nəqliyyat iki gün işləməyəcək

Bu gündən sentyabrın 27-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. Kanal8 xəbər verir ki, Nazirlər Kabinet...

Azərbaycanda bəzi məhdudiyyətlər yumşaldılıb

Ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və eyni zamanda yoluxma hallarının dinamikasının davamlı şəkildə azalması nəzərə alınaraq,...

BMT-nin İnsan Hüquqları Şurasında Ermənistan bütün mina xəritələrini Azərbaycana verməyə çağırılıb

Cenevrədə yerləşən və BMT-də akkreditə olan Beynəlxalq Hüquq və İnkişaf İnstitutunun (IRDG) proqram koordinatoru Coel Fuks BMT-nin İnsan Hüquqlar...

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANIB

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 128 yeni yoluxma faktı qeydə alınıb, 2 590 nəfər müalicə olunaraq sağalıb. N...

Mehriban Əliyeva Bakının Binə qəsəbəsində yeni inşa edilən 88 saylı məktəbdə yaradılan şəraitlə tanış olub

Sentyabrın 24-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Bakının Xəzər rayonunun Binə qəsəbəsində yeni inşa ed...

Milli Məclisin iclasının tarixi və gündəliyi AÇIQLANIB

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı və gündəliyi açıqlanıb. Sentyabrın 30-da keçiriləcək toplantının gündəliyinə 15 m...