İyun 12, 2020

İranlı rəsmi yenidən Xəzərdə yerləşən Azərbaycana məxsus neft quyularına qarşı iddialar irəli sürüb

İranın Şimal Qazma Şirkətinin sabiq icraçı direktoru Hidayətullah Xadimi Xəzər dənizində Azərbaycan Respublikasına məxsus olan “Araz-Alov-Şərq” neft yatağına qarşı yenidən iddialar irəli sürüb.

Kanal8 xəbər verir ki, o, Həsən Ruhaninin Prezident seçilməsindən sonra “Azərbaycanla müştərək Sərdare-Cəng” adlandırdığı həmin yataqdan yeni Neft naziri Bijən Namdar Zəngənənin göstərişi ilə qazma qurğularının geri qaytarıldığını deyib. Xadiminin sözlərinə görə, bunun səbəbi quyunun çox dərində yerləşməsi və onun işlənməsi üçün texniki vasitələrin mövcud olmaması ilə əlaqələndirilsə də, ölkəsinin bu cür şəraitdə qazma qurğularının və quyunu işləmə potensialının olduğunu bildirib.

Sabiq rəsmi bu halın ölkəsinin quyulara qarşı olan iddiada mövqeyini zəiflətdiyini də qeyd edib.

“Əhmədinejad administrasiyası dövründə bu istiqamətdə müzakirələr aparılırdı və XİN rəhbəri Mənüçöhr Müttəki İranın Xəzər sularında sərhəd xəttinin 9% olduğunu bildirirdi. Mən o vaxt qəzetlərə verdiyim müsahibədə bildirmişdim ki, Prezident Azərbaycan tərəfi ilə müzakirə etsə, 20% sərhəd xəttindən azla razılaşmasın. Bu səfər ləğv edildikdən sonra Xəzər məsələsi üzərində işləyənləri çağırdılar və biz də sözümüzü dedik.Biz qeyd etdik ki, Azərbaycan sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı sənəd təqdim etməlidir. Bildirdik ki, Azərbaycan bizim sərhəd xətti ilə bağlı tələbimizi qəbul etməsə, Sovet İttifaqı ilə İran arasında razılaşdırılmış 50-50- yə olan demarkasiya xətti təqdim edək. Bu sənədə əsasən, biz Azərbaycanı Sovet İttifaqından ayrı, müstəqil ölkə kimi rəsmi olaraq tanımadığımızı, buna görə də prinsipial olaraq 50% tələb etdiyimizi deyə bilərdik. Bu səbəbdən də Sovetin 50 faizlik payı sənəddə nəzərdə tutulmuş onun sabiq üzvləri olan 5 ölkə arasında bölünməli idi, İranın payı deyil”, – deyə Hidayətullah Xadimi əlavə edib.

O, daha sonra iki ölkə arasında sözügedən yataq uğrunda yaranmış qarşıdurmaya və “İsrailin hərbi gəmisinin” yataq ərazisinə gətirilməsinə diqqət çəkərək, Azərbaycanın bundan sonra “geri çəkildiyini” iddia edib. Halbuki, Xadiminin sözlərinin əksinə olaraq, həmin məsələ görə İran qırıcıları Azərbaycan sərhəddini pozmasına cavab olaraq “Türk Şahinləri”nin Bakı səmasında uçuşundan sonra rəsmi Tehran geri oturmuşdu.

Xatırladaq ki, sözügedən yataq uğrunda Azərbaycanla İran arasında 2001-ci ildə böyük gərginlik yaşanmışdı. Sovet İttifaqı ilə İran arasında bağlanmış müqaviləyə əsasən, yataq Azərbaycan ərazisinə düşür. Lakin Sovet dağıldıqdan sonra İran bu yataqda pay sahibi olduğunu iddia edir.


Digər xəbərlər


Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 18 Sentyabr Milli Musiqi Günü münasibətilə paylaşım edib. Kanal8 xəbər verir ki, paylaş...

Bazar gününə olan hava proqnozu açıqlanıb

Sentyabrın 19-da gözlənilən hava şəraiti açqıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Kanal8-ə verilən məlumata görə, Bakıda və Abşeron ya...

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məluma...

Hollandiya XİN Azərbaycanın müxalifət partiyalarını saxta sənəd verməkdə günahlandırıb

Ramin Hacılı, Qənimət Zahid, Arif Hacılının, Müsavatın Avropa koordinasiya mərkəzinin adları Hollandiya Xarici İşlər Nazirliyinin (XİN) 99 səhifə...

Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana təhvil verilib

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər N...

BMT-dən xəbərdarlıq: “Dünya fəlakətə doğru gedən bir yoldadır”

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, q...

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

18 sentyabr — Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lide...

Nazir yolları bağlatdırdı? - RƏSMİ AÇIQLAMA

Ekologiya və Təbii Sərvətlər Nazirliyi nazir Muxtar Babayevin xidməti avtomobilinin Sumqayıt istiqamətindən keçən zaman yolların bağlanması barəd...