İyun 12, 2020

Qazın təzyiqinin aşağı salınması iddiası – “Azəriqaz”ın rəsmi CAVABI

“Azəriqaz” İstehsalat Birliyinin Bakıda qazın təzyiqini aşağı salması barədə vətəndaşlar şikayət edir, qurum iddianı doğru olmadığını bildirir.

Kanal8-in əldə etdiyi məlumata görə, iyun ayının 10-u “Azəriqaz” bütün istismar xidmətlərinə şifahi əmr göndərib ki, bütün şkafların çıxışını, yəni, təziyiqi 12 milli bara salın.

Mənbəmizin bildirdiyinə görə, “Azəriqaz” İB-nin Bakı Regional Qaz Satış Depertamentinin rəsi Zehin Rəsulov istismar departamentinə öz işçilərini yoxlamaya göndərir ki, harda 12-dən yuxarı gördünüz deyin o sahəyə baxan işçilər cəzalandırılsın.

Şkafların texniki sənədində göstərilir ki, əhali üçün verilən qaz çıxış 30 milli bar olmalıdır. Bu normativdir. Belə ki bu şkafı ən azından 200-300 abonenti olan küçələrə quraşdırarlar. Bundan əlavə, əgər günorta burada çıxışı 12 qoyulsa, əhali evə gələndə hamamlar yansa sərfiyyat çoxalacaq deyə, 12 millibar olacaq, 5 milli bar. 300 abonentə isə bu azdır.

Dünən Azadlıq 72, Mirəli Qaşqay küçəsindən edilən şikayətə görə, ərazidə qaz “şam” kimi olub.

Məsələ ilə bağlı “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərovla əlaqə saxladıq.

Ceyhun Səfərov məsələyə münasibət bildirərkən bildirib ki, təzyiqin 12 milli bara salınması texniki baxımdan mümkün deyil:

“Belə şey mümkün deyil. Texniki baxımdan belə bir tapşırıq verilməsi ağılasığmazdır. Hər bir sayğacın özünün işləmə rejimi var. Sayğacın işləmə təzyiq rejimi 18-25 milli bar arasıdır. Əgər təzyiq 18 milli bardan aşağı olsa, qaz sərfini yazmayacaq. Bu sayğacın rejiminə uyğun deyil. Əgər sayğac yazmayacaqsa, bizim itkimizdir. Ona görə də, biz heç vaxt belə tapşırıq verə bilmərik. Elə bir tapşırıq verilməyib”.


Digər xəbərlər


Buzdux dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib - MN

Bölmələrimiz tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində Buzdux dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altın...

Azərbaycan Ordusunun "Qisas" əməliyyatının görüntüləri - VİDEO

Azərbaycan Ordusu Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı an...

Müdafiə Nazirliyi xəbərdarlıq edib: "Əks cavab tədbirləri daha da sarsıdıcı olacaq"

Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın...

ATƏT-dən Azərbaycan və Ermənistana - Çağırış

Polşanın ATƏT-dəki sədrliyi Azərbaycan və Ermənistana çağırış edib. Kanal8 xəbər verir ki, müraciətdə deyilir: “Biz Cənubi Qafqazda silahlı...

Azərbaycan Ordusundan antiterror əməliyyatı - Şəhidimizin qisası alınıb

Azərbaycan Ordusu bu gün keçirdiyi antiterror tədbirləri ilə şəhidimizin qisasını alıb. Azərbaycan Ordusu tərəfindən antiterror əməliyyatı keç...

Baş Prokurorluq jurnalistlərə və sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib

Aparılan monitorinqlərlə müəyyən edilib ki, mediada informasiyanın dərc olunması zamanı bəzi hallarda “Media haqqında” qanunun 14.1.11-ci maddəsi...

Kəlbəcərdəki tornado son deyil: Bizə tanış olmayan təbiət hadisələrilə də rastlaşacağıq

“Kəlbəcərdə yay fəsli üçün xarakterik təbiət hadisəsi baş verib. İlin isti dövrlərində dağlıq ərazilər üçün xarakterik olan topa yağış buludların...

Müdafiə naziri qarşı tərəfin törədə biləcəyi təxribatın qarşısını dərhal almağı əmr edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ermənilərin təxribatının qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib. ...