Quterreş Səudiyyəyə atılan raketlərin İrana məxsus olduğunu təsdiqləyib

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antoniu Quterreş ötən il Səudiyyə Ərəbistanının neft təsisatları və beynəlxalq hava limanlarından birinə qarşı husilərin həyata keçirdiyi hücumlarda istifadə edilən ballistik raketlər və dronların İran mənşəli olduğunu təsdiqləyib.
O, Təhlükəsizlik Şurasına təqdim etdiyi hesabatda həmçinin qeyd edib ki, 2019-cu ilin noyabrı və 2020-ci ilin fevral ayında Amerika Birləşmiş Ştatlarının donanması tərəfindən ələ keçirilmiş gəmilərdə tapılmış silah-sursatlar və digər hərbi ləvazimatlar da İran istehsalıdır.
Sənəddə həmin hərbi ləvazimatların çoxunun həm İranda istehsal edilən silahlar oxşarlıq təşkil etdiyi, həm də üzərilərində fars dilində etiketlərin olduğu bildirilir.
“May ayında Afifdə Səudiyyənin neft təsisatına, iyun və avqustda Abha beynəlxalq hava limanına, habelə sentyabrda Abqaiq və Xuraisdə yerləşən ARAMCO-nun neft təsisatlarına qarşı həyata keçirilmiş hücumlarda istifadə edilən raketlər və dronların qalıqları üzərində aparılmış araşdırmalar onların və ya hissələrinin İran istehsalı olduğunu göstərir”, – deyə Quterreş qeyd edib.
İranın BMT yanındakı daimi nümayəndəsi hələlik hesabata münasibət bildirməyib.
Təhlükəsizlik Şurasının bu ayın sonlarına doğru baş katibin hesabatını müzakirəyə çıxaracağı gözlənilir.
Digər xəbərlər
Antiterror tədbirlərindən sonra Qarabağda 123 mina zərərsizləşdirilib
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən Qarabağ bölgəsinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə tədbirl...
Bu şəxslərin təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
Müharibə veteranlarının dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti h...
Qarabağın erməni sakinlərinin reinteqrasiyası ilə bağlı görülən işlər açıqlanıb
Azərbaycan Respublikası Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı əməli fəaliyyətə başlayıb. Bununla əlaqədar, Qarab...
Anti-terror tədbirləri uğurla başa çatdıqdan sonra Qarabağın bütün ərazilərinə ciddi şəkildə nəzarət edilir - DİN
Anti-terror tədbirləri uğurla başa çatdıqdan sonra Qarabağ iqtisadi rayonunun bütün ərazilərində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanl...
Azərbaycanda bu hərəkətlər monopoliya hesab ediləcək
Azərbaycanda rəqabətin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması halları müəyyən edilir. Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən ic...
Cərimələrin ödənişinə dair tələblər sərtləşdirilir
Maliyyə sanksiyaları zamanı 30 gün müddətində bazar subyekti tərəfindən göstərişdə qeyd edilən məbləğ dövlət büdcəsinə ödəniləcək. Bununla bağ...
Xankəndiyə qayıdış üçün hazırlıq işlərinə başlanılıb
Xankəndiyə qayıdış üçün hazırlıq işlərinə başlanılıb. Kanal8 xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət K...
MN: "Azərbaycan Ordusu Ermənistanın hərbi avtomobilinə atəş açmayıb"
Oktyabrın 2-si saat 14:25 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd...