İyun 12, 2020

“Səs Uşaqlar” müsabiqəsində böyük dəyişiklik

İctimai Televiziya və Radio Yayımları Şirkəti dünyada prioritetə çevrilən pandemiya səbəbilə bir sıra layihələrinin formatına dəyişiklik edib. İTV-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Aynurə Asimqızınn verdiyi məlumata görə, bunlardan da biri yüzlərlə tamaşaçı auditoriyası olan məşhur “Səs Uşaqlar” müsabiqəsidir.

Böyük izləyici kütləsi ilə reallaşan müsabiqənin final mərhələsinin vaxtı Operativ Qərargahın verdiyi qərara əsasən karantin qaydalarına uyğun olaraq dəyişdirilib. Layihənin Azərbaycan üzrə yayım hüququnun müəllifi İTV və layihənin müəllifi olan “Talpa Global B.V” şirkətləri arasında aparılan danışıqlara əsasən “Səs Uşaqlar”ın final mərhələsinin vaxtı il sonuna qədər uzadılıb. Hazırda müsabiqənin beynəlxalq finalçıları – Yalkı Saka (Türkiyə) və Adelina Bayseupovanın (Rusiya) ölkəmizə gəliş imkanları barədə danışıqlar aparılır. Pandemiya səbəbilə karantin qaydaları yumuşaldılacağı təqdirdə beynəlxalq finalçılar Azərbaycana gəliş imkanı əldə edəcək və müsabiqənin finalı reallaşdırılacaq.

Bundan əlavə, İTV həm də paralel olaraq böyüklər üçün “Səs Azərbaycan” layihəsinin qeydiyyatına start verib ki, böyüklərin qatılacağı seçim turunun da “Səs Uşaqlar”a maneəsi yoxdur.

Belə ki, hazırda böyüklər üçün ilkin mərhələ olan seçim turudur ki, bu da video formatında həyata keçirilir. Növbəti mərhələlərdə isə müsabiqənin yaradıcı qrupu tərəfindən həm ustadlar, həm də layihənin aparıcısı müəyyən ediləcək və bu barədə “Səs” sevərlərə ətraflı məlumat veriləcəkdir.

Qeyd edək ki, səsinə və özünə güvənən, yaşı 16-65 aralığında olan hər kəs öz ifasını video formatında çəkib (051) 255 44 44 nömrəsinə “whatsapp” vasitəsilə göndərə və ya www.itv.az saytında müvafiq bölməyə yükləyərək qatıla bilərlər.


Digər xəbərlər


Şuşada III “Korkut Ata” Türk Dünyası Film Festivalı keçiriləcək

Oktyabrın 8-11-də Bakı və Şuşa şəhərlərində III “Korkut Ata” Türk Dünyası Film Festivalı keçiriləcək. Bu barədə Kanal8-ə Mədəniyyət Nazirliyin...

Akademik Ziya Bünyadovun 100 illik yubileyi qeyd ediləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Akademik Ziya Bünyadovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. K...

“Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı” sərgisi açılır - İlk dəfə!

Noyabrın 1-də Heydər Əliyev Mərkəzində daha bir unikal sərgi – Azərbaycan tarixinə ekskursiya etdirəcək “Uzun Həsən – Ağqoyunlu dövlə...

Şuşa şəhəri 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilib

Şuşa şəhəri 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilib. Bu barədə Kanal8-ə Mədəniyyət Nazirliyindən məlumat verilib. ...

Məşhur pianoçu Elisso Bolkvadze Heydər Əliyev Mərkəzində çıxış edib

Heydər Əliyev Mərkəzində məşhur gürcüstanlı pianoçu, UNESCO-nun sülh uğrunda artisti, Batumi Musiqi Festivalının təsisçisi Elisso Bolkvadzenin iş...

Əməkdar mədəniyyət işçisi Əsəd Əsədov vəfat edib

Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü, səs operatoru, səs rejissoru Əsəd Əsədov vəfat edib. O, 76 yaşında dünyasını dəyişib. Qeyd...

Snup Doqun İrəvandakı konserti təxirə salınıb

Tanınmış amerikalı repçi Snup Doqun İrəvanda Ermənistanın Müstəqillik Günü münasibətilə sentyabrın 23-də baş tutmalı olan konserti son hadisələr ...

Heydər Əliyev Sarayında “Məhəbbət əfsanəsi” baletinin təqdimatı olub

Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin uzun müddətdir gözlənilən təqdi...