İyun 13, 2020

“Azərsu” 2 gün xüsusi rejimdə fəaliyyət göstərəcək

Bakı, Sumqayıt, Gəncə, Lənkəran, şəhərlərinin, həmçinin Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Nazirlər Kabinetinin xüsusi karantin rejiminin sərtləşdirilməsi barədə qərarına uyğun olaraq “Azərsu” ASC 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-a qədər xüsusi rejimdə fəaliyyət göstərəcək.

Bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu tarixlərdə yalnız zəruri istehsal, istismar və xidmət sahələrində çalışanların fəaliyyətinə icazə veriləcək. Bu məqsədlə zəruri və məhdud sayda işçilər müəyyən edilərək elektron icazə portalında qeydiyyatdan keçirilib. Xüsusi karantin rejiminin tətbiq edildiyi müddətdə fəaliyyətinə icazə verilən işçilərin iş yerlərinə gediş-gəlişi “Azərsu”yun xidməti nəqliyyat vasitələri hesabına həyata keçiriləcək. Eyni zamanda, həmin əməkdaşlar işə gəlib-getmək üçün portalda qeydiyatdan keçirilmiş şəxsi nəqliyyat vasitələrindən istifadə edə bilərlər.

Bu günlərdə 955 Zəng mərkəzi fasiləsiz fəaliyyət göstərəcək. Vətəndaşlar su təchizatı, tullantı suları, sayğaclarda yaranan texniki problemlər və digər məsələlərlə bağlı müraciət edə bilərlər. “Azərsu”yun qəza briqadaları 24 saat fəaliyyət göstərəcək. Smart sayğaclı abonentlərə tövsiyə olunur ki, sayğacların balansını yoxlasınlar və zərurət varsa xüsusi karantin rejimi tətbiq olunanadək balanslarını artırsınlar.

“Azərsu”nun bütün struktur vahidlərinin rəhbərləri və işçi heyəti xüsusi karantin rejimi dövründə müvafiq dövlət orqanlarının, o cümlədən Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyyələrinə ciddi şəkildə əməl etmələri barədə məlumatlandırılıb.


Digər xəbərlər


TƏBİB-in xəstəxanalarında ödənişli xidmətlərin siyahısı və tarifləri təsdiqlənib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrində əhaliyə icbari tibbi sığorta üzrə Xidmətlər Zərfin...

Ehtiyatda olan polkovnik həbs edilib

Müdafiə Nazirliyinin ehtiyatda olan polkovniki Elnur Məmmədov həbs edilib. Bu barədə Kanal8-ə Bakı Hərbi Məhkəməsindən məlumat verilib. Bil...

Azərbaycan və Aİ liderləri gələn ay Brüsseldə keçiriləcək üçtərəfli görüşün gündəliyini müzakirə edib

Gələn ay Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli...

Səbuhi Əhmədovun qardaşına 11 000 manat məbləğində birdəfəlik ödəmə təyin olunub — RƏSMİ

Şəhid Səbuhi Əhmədovun vərəsəsi kimi qardaşı Sənan Əhmədova 11 000 manat məbləğində birdəfəlik ödəmə təyin olunub. Bu barədə Kanal8-ə Dövlət S...

Sentyabr hadisələrində 6 nəfər azərbaycanlı işgəncələrlə öldürülüb — Baş prokurorluq

Sentyabr hadisələrində erməni hərbçiləri tərəfindən işgəncələrlə öldürülən və görüntüləri yayılan 6 nəfər azərbaycanlının meyiti Azərbaycan tərəf...

Baş prokurorluqdan hərbçilərin sosial şəbəkələrdə yayılan görüntüləri ilə bağlı açıqlama

Belə ki, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində yayılmış Azərbaycanın hərbi qulluqçularının döyüş əməliyyatları zamanı...

Araz Əlizadə vəfat edib

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə vəfat edib. Bu barədə onun ailəsindən məlumat verilib. Qeyd olunub ki, A....

Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları birgə təlimə cəlb olunublar

2022-ci ilin planına əsasən Türkiyə Respublikasının Marmaris şəhərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz xüsusi taborlarının sualtı...