İyun 13, 2020

Ermənilərin daha bir iddiası yalan çıxdı – Naxçıvanda “Qrek qəbirstanlığı”

“Ordubad rayonu Behrud kəndi ərazisində “Qrek qəbirstanlığı” deyilən bir qədim yer var. Kəndin şərqində, təpənin yamacında, kənd qəbiristanlığı yaxınlığında yerləşir. Qəbirüstü daşlar əsasən iri yonulmuş çay daşlarından ibarətdir. Yerli əhali nekropola “Qrek qəbiristanlığı” deyir”.

Kanal8 xəbər verir ki, “Qrek qəbiristanlığı” barədə məlumatı siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev verib.

Zaur Əliyevin “Qrek qəbiristanlığı” barədə bunları deyib:

“Yaxşı bu “qrek”-lər kim idi və onlar Naxçıvanın Ordubad rayonunda nə işləri var idi? Makdeoniyalı İsgəndərin Hindistana yürüşü zaman Qafqaz ərazisindən keçməsi barədə çoxsaylı faktlar var və burdan keçən zaman yunanların bir hissəsi bu ərazilərdə qalırlar. Hətta Ağdamın Boyahmədli kəndində tapılan qədim “Enian” şəhərinin mövcud olmasını arxeoloqlar sübut ediblər. Bəzi mənbələr hazırda özünü qrek adlandıran bu kiçik xalqın kiçik bir hissəsi dağınıq və toplu halda Ukraynada, xüsusilə Azov dənizi sahillərində, az saylı olaraq Gürcüstanda və çox az sayının isə Şimalı qafqazda yaşadıqlarını deyirlər. Xristian dininə tapınan qreklər özlərini assimilyasiyaya uğramış yunan hesab edirlər. Bəzi mənbələrdə yazılır ki, e.ə.1 minillikdə Urmiya gölü ilə Araz çayı arasında,sonralar isə Gürcüstan ərazisində “hurum”adlı tayfalanın yaşaması barədə məlumatlar var.”Hurum”lar özünü “ellin”adlandıran və qrek dilində danışan qreklər deyil, türk dilində danışan yunanlardır.

Uzun zaman ermənilər bu qəbirstanlığın onlara məxsus olmasını iddia edərək Naxçıvan ərazisində qədimdən yaşadıqlarını sübut etməyə çalışsalar da, bir müddətdən sonra burda aparılan və qəbrlərin üstündə yazıları incələyəndən sonra yazıların erməni dilinə deyil, qədim yunan dilində olması isbat edilib. Burada sovet dövründə qreklərin nəsli qalırmış. Ancaq onlar Stalin dövründə başqa xalqlar kimi Orta Asiyaya sürgün ediliblər. Burada aparılan arxeoloji qazıntlar göstərib ki, vaxtilə burda olan nekropollar qədim yunan şəhərlərində olan akropolların planına uyğun inşa edilib. Qədim yunan mənbələrində “Naksuana” yaxud “Apobaterion” kimi qeyd edilən Naxçıvanda qədim abidələri araşdırıb, ortaya çıxarmaq çox vacibdir”.


Digər xəbərlər


Qarabağdakı sülhməramlıların komandanı DƏYİŞİB

Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində respublikanın müdafiə idarəsi rəhbərliyinin Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti il...

ATƏT Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü alqışlayıb

ATƏT-in Minsk qrupunun həmsədrləri Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Xovayev (Rusiya) rəsmi Bakı və İrəvana gərginliyin azaldıl...

İctimai nəqliyyat iki gün işləməyəcək

Bu gündən sentyabrın 27-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. Kanal8 xəbər verir ki, Nazirlər Kabinet...

Azərbaycanda bəzi məhdudiyyətlər yumşaldılıb

Ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və eyni zamanda yoluxma hallarının dinamikasının davamlı şəkildə azalması nəzərə alınaraq,...

BMT-nin İnsan Hüquqları Şurasında Ermənistan bütün mina xəritələrini Azərbaycana verməyə çağırılıb

Cenevrədə yerləşən və BMT-də akkreditə olan Beynəlxalq Hüquq və İnkişaf İnstitutunun (IRDG) proqram koordinatoru Coel Fuks BMT-nin İnsan Hüquqlar...

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANIB

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 128 yeni yoluxma faktı qeydə alınıb, 2 590 nəfər müalicə olunaraq sağalıb. N...

Mehriban Əliyeva Bakının Binə qəsəbəsində yeni inşa edilən 88 saylı məktəbdə yaradılan şəraitlə tanış olub

Sentyabrın 24-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Bakının Xəzər rayonunun Binə qəsəbəsində yeni inşa ed...

Milli Məclisin iclasının tarixi və gündəliyi AÇIQLANIB

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı və gündəliyi açıqlanıb. Sentyabrın 30-da keçiriləcək toplantının gündəliyinə 15 m...