İyun 13, 2020

Sabahın havası – 40 dərəcə isti olacaq

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Kanal8-ə verilən məlumata görə, iyunun 14-də Bakıda və Abşeron yarımadasında havanın gün ərzində günəşli və isti olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 35-40, Bakıda gecə 21-23, gündüz 38-40 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 30-40 faiz təşkil edəcək.

14 iyunda Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.


Digər xəbərlər


Erməni hərbi birləşmələri tərəfindən basdırılmış minalar zərərsizləşdirilib

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri azad edilmiş ərazilərimizin və təminat yollarının minalardan təmizlənməsi istiqamətində fəaliyyə...

Qəbələ RLS-də faciəvi hadisə: Ölən var

Qəbələ Radiolokasiya Stansiyasında mülki işçini cərəyan vurub. Qəbələ Radiolokasiya Stansiyasında mühzafizəçi kimi çalışan 1981-ci il təvəllüd...

Rusiyada məktəbə silahlı hücum olub: 11 ölü, 112 yaralı

Rusiyanın İjevsk şəhərindəki məktəbində baş verən atışmada ölənlərin sayı artıb. Kanal8 xəbər verir ki, yerli media 11 nəfərin öldüyünü, 112 n...

Azərbaycan Ordusunun növbəti “Komando başlanğıc kursu” başa çatıb

Bu ilin hazırlıq planına əsasən, “Komando başlanğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib. Bu barədə Kanal8-ə Müdafiə Nazirliyindən m...

Türkiyə Putinlə Zelenskini görüşdürmək niyyətindədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı və ukraynalı həmkarları Vladimir Putin və Volodimir Zelenski ilə müzakirə aparacaq. Bunu Türk...

DYP Anım Günü ilə bağlı müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) Anım Günü ilə bağlı vətəndaşlara müraciət edib. İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli b...

«Anım Günü» ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək

Müdafiə naziri Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, sentyabrın 27-də «Anım Günü» ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçir...

Şuşa, Ağdam və Füzuli istiqamətində oktyabra olan biletlər satışa çıxarılacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Şuşa, Ağdam və Füzuli şəhərlərinə tə...